/ / AŞPA-nın iclasında Azərbaycanda uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb
AŞPA-nın iclasında Azərbaycanda uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb
19.06.2015 [09:41]
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Strasburqda Lanzarote Komitəsinin AŞPA-nın “Uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsinə dair Konvensiyanın tərəfləri” mövzusunda keçirilən iclasında iştirak edib.
Sevinc Fətəliyeva iclasda AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi qismində iştirak edərək “Hər beş uşaqdan biri “ kampaniyası haqqında məlumat verib. Qeyd olunub ki, Lanzarote Konvensiyası artıq 25 dövlət tərəfindən ratifikasiya edilib, müxtəlif ölkələrdə təbliğ olunur. Bu gün proqram üzrə əlaqələndiricilərin sayı 52-yə çatıb. Uşaqlara qarşı zorakılığın bütün növləri xüsusi təşkil olunmuş iclaslarda müzakirə edilir və bu müzakirələrə Avropanın müxtəlif ölkələrindən ekspertlər dəvət olunur.
Avropa Şurası tərəfindən 18 noyabrın “Uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsi günü” kimi qəbul olunduğu, məlumat materiallarının çap edildiyi, uşaqlar üçün maarifləndirici xarakterli cizgi filmləri hazırlandığı vurğulanıb. Sevinc Fətəliyeva “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının Azərbaycan üzrə əlaqələndiricisi kimi ölkəmizdə kampaniya çərçivəsində görülən işlər barədə geniş məlumat verib.
Milli Məclisin deputatı qeyd edib ki, Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans, müxtəlif mövzuda “dəyirmi masa”lar keçirilib. Həmçinin ayrı-ayrı məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələrin, mövzu ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgilərin, idman və rəsm müsabiqələrinin keçirildiyi, maarifləndirici xarakterli video çarxların hazırlandığı, keçirilmiş tədbirlərdə məlumat kitabçalarının paylandığı qeyd olunub.
Sevinc Fətəliyevanın məruzəsində bu məsələdə psixoloq müəllimlərin əsas rolunun vacibliyi nəzərə alınaraq onun təşəbbüsü ilə ölkəmizə dəvət olunmuş almaniyalı ekspertin iştirakı ilə müəllimlər, psixoloqlar və şagirdlər üçün treninqlər və müzakirələr keçirildiyi də öz əksini tapıb.
Milli Məclisin deputatı iyunun 18-19-da Strasburqda BMT Baş Katibliyinin uşaqlara qarşı zorakılıq üzrə xüsusi nümayəndəsi və Avropa Şurası ilə birgə təşkil olunmuş yüksək səviyyəli regionlararası “Uşaqların cinsi zorakılıqdan müdafiəsi” mövzusunda keçirilən konfransda da iştirak edəcək. O, “Uşaqlara qarşı etibar dairəsində zorakılıq” mövzusunda məruzə ilə çıxış edəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04

