ABŞ xəbər gündəmini niyə və necə dəyişir?
26.06.2015 [10:15]
Dünyanın diqqəti Ermənistana yönəlib. Paytaxt Yerevanda minlərlə vətəndaşın elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq keçirdiyi aksiyaların amansızlıqla dağıdılması barədə xəbərlər KİV səhifələrində sürətlə yayılır. SİA-nın xəbərinə görə, mövzuya xüsusi diqqət yetirilməsinin səbəbi təkcə aksiyanın dağıdılması zamanı yol verilən hüquq pozuntuları deyil. (http://www.azadliq.org/content/article/27087430.html ). Aksiyaçılara qarşı xüsusi qəddarlıq tətbiq olunaraq 237 nəfər həbs edilsə də, onlarla insan ciddi xəsarət alsa da, qlobal ictimai rəyi formalaşdıran KİV-lər mövzuya müxtəlif kontekstdən yanaşırlar. Kimisi mitinqlərin regionda Rusiyanın nüfuzuna qarşı yönəldiyini, kimisi ABŞ-ın bölgəyə girişi üçün yeni zəmin hazırlandığını, bəziləri də Ermənistanda sosial-iqtisadi durumun dözülməz həddə çatmasını ön plana çəkir. Hiss olunur ki, baş verənləri geosiyasi proseslər fonunda təqdim edib fikirləri insan haqlarının kobud pozuntusundan yayındırmaq istəyənlər də az deyil.
Xüsusi maraq kəsb edən məsələ odur ki, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, ayrı-ayrı Qərb dövlətləri, həmçinin, Qərbin nəzarətində olan beynəlxalq QHT-lər Ermənistanda dəhşətli hüquq pozuntularını, sadəcə, “görmədilər”. ABŞ isə yalnız Ermənistandakı səfirinin atmaca xarakterli açıqlamaları ilə dünyanın diqqətini Yerevan küçələrində baş verən biabırçılıqdan yayındırmağa çalışdı. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills iyunun 23-də verdiyi ilk bəyanatda “asayiş qüvvələri ilə mitinq iştirakçıları qarşılıqlı anlaşma göstərdilər” deməklə yenə də ölkəsinin erməni rəğbətini büruzə verdi. Bununla da o, təsirlərində olan media qurumlarına hadisələrə hansı kontekstdən yanaşmalı olduqları mesajını çatdırdı. Amma hansı kontekstdə yanaşmasından asılı olmayaraq, istənilən halda bütün KİV-lər bu ölkədə baş verən hadisələri ilk xəbər beşliyində təqdim ediblər. Bu sırada “Euronews” (http://fr.euronews.com/2015/06/23/hausse-de-prix-en-armenie-canons-a-eau-et-matraques-pour-disperser-des/), BBC (http://www.bbc.com/news/world-middle-east-33238070), “Washington post” (http://www.washingtonpost.com/world/europe/thousands-protest-electricity-prices-hike-in-armenia/2015/06/22/9c1d977c-190a-11e5-bed8-1093ee58dad0_story.html) kimi qlobal xəbər daşıyıcıları, “Assoşeyted Press”, “Röyters”, “Frans Press” kimi transmilli xəbər agentliklərindən başlamış lokal KİV-lərə qədər ən müxtəlif media qurumlarını qeyd etmək olar. Düzdür, onu da qeyd etmək lazımdır ki, əgər bu hadisələr Azərbaycanda baş versəydi, dünyanın aparıcı KİV-lərinin və beynəlxalq QHT-lərin münasibəti tam fərqli olardı. Dövlət Departamentinin sözçülərindən birinin mesaj xarakteri daşıyan sərt açıqlaması və KİV-lərlə QHT-lərə ötürülən qapalı göstərişlərin hansı həyəcana səbəb olacağını demək artıqdır. Ermənistana gəldikdə isə, hadisələr barədə xəbər yayımını tam nəzarətdə saxlamaq mümkün olmadığından və hüquq pozuntularını ehtiva edən məqamlar özünə yer tapıb ön sıraya çıxdığından, ABŞ səfiri gün ərzində mövqeyində korrektələr edib növbəti bəyanatı səsləndirmək məcburiyyətində qaldı. Səfir aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahat olduqlarını etiraf etdi (http://ria.ru/world/20150623/1083120571.html). Buna rəğmən, onun Amerika siyasətini ifadə edən ilk bəyanatı öz təsirini göstərdi: Yerevanda aksiyanın dağıdılması zamanı yol verilən hüquq pozuntuları və insan haqlarına saymazyana münasibət xəbər başlıqlarında ön sırada möhkəmlənə bilmədi. Ermənistandakı ciddi iğtişaşlarla paralel olaraq, Azərbaycan ətrafında yaradılmış süni problem də aktual saxlanıldı. Həftə ərzində aktual olan Rusiya-ABŞ və Rusiya-Avropa qarşıdurması, həmçinin, 23 iyunda partlayış effekti verən Ermənistan olayları xəbər gündəminə hakim kəsilsə ( http://musavat.com/news/siyas%C9%99t/AB%C5%9E-Rusiya-siyas%C9%99t%C3%A7il%C9%99rin%C9%99-qar%C5%9F%C4%B1-sanksiya-t%C9%99tbiq-etdi—-QARA-S%C4%B0YAHI_187340.html) də, ABŞ-ın anti-Azərbaycan çetesi və onların Azərbaycandakı əlaltıları “köhnə ovqat”ı dəyişmək fikrindən uzaq durdular. Qrupun fəal üzvlərindən olan “Azadlıq” qəzeti Ermənistan olaylarını xəbər başlıqlarında nəinki ilk beşlikdə, heç ilk onluq və ya iyirmilikdə də təqdim etmədi.
Ümumiyyətlə, qəzetin web səhifəsində Ermənistan olayları barədə xəbəri xüsusi axtarış aparıb çətinliklə tapmaq mümkündür. Qəzetin 23-24 iyun tarixli xəbər anonsları büsbütün Azərbaycandaxili məsələlərin təhrif edilmiş şərhlərinə həsr edilib. Qəzetin 23 iyun nömrəsinə ilk baxışdan hiss olunur ki, antimilli materialların hazırlanmasına “xüsusi əmək sərf etməli olublar”, tezislərin əsaslandırılması üçün arqument qıtlığı olduğundan, mətnlərin həcmi azalıb. Məsələn, əvvəllər anti-Azərbaycan tezislərin əsaslandırılması yönündə hər məqaləyə ən azı 10 min kompüter işarəsi həsr edən qəzet əməkdaşları, indi ən yaxşı halda 2 min işarə tapmaqla kifayətləniblər. Həm də real hadisələri deyil, uydurulmuş mövzuları gündəmə çıxarıblar. Məsələn, birinci Avropa Oyunları bitəndən sonra Azərbaycanda “hansı fəlakətlər olacağı” barədə öncəgörmələrə daha çox yer verilib: (http://www.azadliq.info/siyast/69140-hakimiyyt-beynlxalq-tvi-dueueb.html). Aşkar görünür ki, anti-milli tezislərinin ictimai rəydə etibarlılığını itirməsi, bu tezislərin əsaslandırılması üçün arqumentlərin yoxa çıxması qəzet yönləndiricilərini çətin duruma salıb.
Amma buna baxmayaraq, yazmağa çalışırlar, çünki sifariş belədir.
ABŞ-ın Azərbaycandakı “5-ci kolon”u funksiyasını yerinə yetirən “Azadlıq” kimi media orqanlarının susqunluğuna və ictimai rəyi başqa istiqamətə yönəltməyə cəhd göstərmələrinə baxmayaraq, Azərbaycan mediasının və internet istifadəçilərinin fəallığı, həqiqətən də, erməni tərəfini ciddi narahat edib. Bunu təsdiq edən faktlardan biri də Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyanın açıqlamalarıdır: “Azərbaycan yaranmış vəziyyətdən istifadə edir və Ermənistanda baş verənlərlə bağlı şəbəkəyə nəhəng neqativ informasiya kütləsi atır.
Əsasən “Tvitter”də Azərbaycanda vəziyyətin necə yaxşı olması, Ermənistanda isə durumun necə pis olması haqqında spam yayılır”.
Bu arada Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində AŞ PA Monitorinq Komitəsinin hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamənin qəbul edilməsi qəzet üçün göydəndüşmə olub. Bu mövzuya “AŞ PA-dan hakimiyyətə ağır zərbə” başlıqlı yazı ilə reaksiya verən qəzet diqqəti müzakirələr zamanı Avropanı ifşa edən məruzələrdən yayındırmaq üçün bütün vasitələrdən istifadə edib. Yazıda 16 nəfərin məruzəsinə yer ayıran “Azadlıq” nədənsə AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, səlahiyyətləri bu ilin yanvarında başa çatan maltalı Jozef Debano Qrexi “yaddan çıxarıb” (http://www.azadliq.info/siyast/69198-apa-da-azrbaycan-muezakirlri-balad-yenlnr.html ). Amma mətnlə tanışlıq nəticə doğurur ki, bu unutqanlıq təsadüfi deyil: Əgər məqalədə Jozefin də məruzəsinə yer verilsəydi, oxucu görərdi ki, AŞ PA-nın Azərbaycana qarşı yürüdülən qərəzli kampaniyada yer tutması barədə təkcə Səməd Seyidov, Rəfael Hüseynov və Egemen Bağış deyil, həm də avropalılar özləri danışıblar. Həm də avropalılar öz eybəcərliklərini daha incəliklə izah ediblər.
ABŞ-ın anti-Azərbaycan çetesinin koordinatorlarından biri, “ömrünü insan hüquq müdafiəçiliyinə həsr etmiş” Rebekka Vinsent Ermənistanda baş verənlərə münasibət bildirməyib. 23-24 iyun tarixdə özünün “Tvitter” səhifəsində 15 status paylaşan Rebeka, onlardan yalnız 1-də Ermənistana yer verib. O da, sadəcə, “Yerevanda aksiya oldu” formasında. Nə həbs olunan 237 nəfərin hüquqlarının müdafiəsinə təşəbbüs göstərilməyib, onların azadlığa buraxılması üçün kampaniya keçirilməyib, nə də məsələnin ictimailəşdirilməsinə cəhd göstərilməyib. Əvəzində, 15 statusdan 12-si Azərbaycanda “insan haqlarının pozulmasını” ehtiva edir.
Yaranmış boşluğu çetenin fəal üzvlərindən olan “Freedom House” doldurdu. Bu təşkilatın 23 iyunda yayılan açıqlamasının ardından, Rebekka və “Azadlıq”dan fərqli mövqe gözləmək sadəlövhlük olardı (http://sputnik.az/news/20150623/400722978.html). Ermənistanda 237 insanın həbs olunduğu gün açıqlanan hesabatında Azərbaycanı insan hüquqlarının durumu baxımından bu ölkədən 5 pillə geridə göstərən “Freedom House” ya istənilən vasitə ilə gündəmi dəyişmək arzusundadır, ya da məntiqi hesablama imkanlarından məhrumdur. Düzdür, təşkilat təmsilçiləri deyə bilərlər ki, açıqlanan hesabat ötən ayların durumuna əsaslanıb və konkret olaraq açıqlandığı günün durumunu əks etdirmir. Amma bu arqument də keçərli deyil. Ortada fakt var axı: Emma Hyusun Bakı aeroportunda saxlanılması ilə onun müdafiəsinə həsr edilmiş bəyanatın hazırlanması arasındakı zaman kəsiyi cəmi 45 dəqiqə oldu (http://www.theguardian.com/world/2015/jun/09/azerbaijan-holds-activist-who-attacked-european-games-as-bps-games). 23 iyunda Ermənistanda baş verənlərlə “Freedom House”un hesabatının açıqlanması arasındakı fərq isə 10 saat oldu.
Bu 10 saat ərzində hesabata ən azı bir cümlə əlavə edib Ermənistanda nə isə baş verir demək olardı, amma deyilmədi...
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

