Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişib

Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişib

07.08.2015 [00:15]

Yeni hərbi attaşe İhsan Başbozkurtun Azərbaycan dilinə xüsusi sevgisinin olduğu bildirilir
Türkiyənin Azərbaycandakı səfirliyinin Silahlı Qüvvələr attaşesi dəyişilib. Səfirliyin Mətbuat Müşavirliyindən “Yeni Azərbaycan” qəzetinə verilən məlumata görə, hazırkı attaşe Nevzat Taşdeler İstanbulda yerləşən, azərbaycanlı əsgərlərin də təhsil aldığı Hərbi Akademiyalar Komandanlığına qərargah rəisi vəzifəsinə təyin edilib. Nevzat Taşdeler yeni vəzifəsində Türkiyə Ordusu üçün komandirlərin yetişdirilməsinə xidmət edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Ali Hərbi Şurada verilən qərara əsasən, iki ildir Bakıda xidmət edən Nevzat Taşdelerə general-leytenant rütbəsi də verilib.
Səfirlikdən verilən məlumatda, həmçinin, Türkiyənin Azərbaycandakı attaşesi vəzifəsinə general-mayor İhsan Başbozkurtun təyin olunduğu qeyd edilib. Vəzifə dəyişikliyinin yaxın həftələrdə gerçəkləşəcəyi gözlənilir. Məlumat üçün bildirək ki, hazırda Urfada briqada komandiri vəzifəsini icra edən yeni hərbi attaşe Qarsda anadan olub. Onun Azərbaycan dilinə xüsusi sevgisinin olduğu bildirilir.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31