Böyük Britaniyanın “Press Assocation” agentliyinin müxbiri AZƏRTAC-da olub
07.08.2015 [00:29]
Ağdamın “Qarabağ” və Şotlandiyanın “Seltik” komandaları arasında keçirilən cavab oyununu işıqlandırmaq üçün Bakıda səfərdə olan Böyük Britaniyanın “Press Association” agentliyinin idman müxbiri Ronni Esplin avqustun 6-da AZƏRTAC-da olub.
Görüşdə baş direktor Aslan Aslanov AZƏRTAC-ın beynəlxalq əlaqələrindən, qlobal informasiya məkanında qazandığı uğurlardan bəhs edərək agentliyin dünya informasiya siyasətini müəyyənləşdirən nüfuzlu təşkilatların ən fəal üzvlərindən biri olduğunu deyib. Həm AZƏRTAC-ın, həm “Press Association”ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv olduğunu bildirən baş direktor hər iki agentliyin beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd edilib ki, “Press Association” agentliyinin baş icraçı direktoru, EANA-nın prezidenti Klayv Marşal ilə səmimi dostluq münasibətləri əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda keçirilən iclaslarında Klayv Marşal da fəal iştirak edib.
Britaniyalı jurnalistə, həmçinin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, mətbuat və söz azadlığının, plüralizmin inkişaf etdirilməsi, KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Təəssüflə vurğulanıb ki, demokratiyanın inkişafı sahəsində qısa müddətdə gördüyü işlərə və əldə etdiyi uğurlara baxmayaraq, Azərbaycan bəzən ikili standartlarla üzləşir. Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində belə hallar özünü daha çox göstərirdi.
“Press Association” agentliyinin idman jurnalisti Ronni Esplin Bakıya səfərindən və AZƏRTAC-da olmaqdan məmnunluğunu bildirib. Qədim və müasir memarlıq ənənələrinin vəhdət təşkil etdiyi Bakının gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə və mehribanlığına heyran qaldığını ifadə edən britaniyalı jurnalist Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərdən xəbərdar olduğunu diqqətə çatdırıb. Ronni Esplin “Bakı-2015” birinci Avropa Oyunlarının qitənin həyatında çox mühüm hadisə olduğunu vurğulayaraq yarışlara idman jurnalistlərinin böyük maraq göstərdiyini deyib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

