Ermənipərəst cütlüyə hökm oxundu
14.08.2015 [10:37]
Cinayətləri sübuta yetirilmiş Leyla və Arif Yunusov-Barseqyanlar cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkəcəklər
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Sülh və Demokratiya İnstitutu” adlı qurumun həbsdə olan direktoru Leyla Yunusovanın və həyat yoldaşı Arif Yunusovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə iclasında Leyla və Arif Yunusovların vəkilləri çıxış edib və onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.
“Trend”-in məlumatına görə, sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək ittihamların istintaq və məhkəmə prosesi zamanı sübuta yetirildiyini qeyd edib və təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün heç bir əsas olmadığını söyləyib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslər Leyla Yunusovaya və Arif Yunusova son söz verilib. Təqsirləndirilən şəxslər çıxış edərək irəli sürülən ittihamlar üzrə özlərini təqsirkar bilmədiklərini deyiblər.
Leyla Yunusova 8 il 6 ay, Arif Yunusov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər
Hakimlər heyəti müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barəsində hökm elan ediblər. Beləliklə, Leyla Yunusova 8 il 6 ay, Arif Yunusov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdə onların hər ikisinin bank hesablarına həbs qoyularaq bank hesablarındakı vəsaitin alınıb dövlətin hesabına köçürüləcəyi, Azərbaycanda, Türkiyədə və Çexiyada olan əmlaklarının müsadirə ediləcəyi bildirilib. Azadlıqdan məhrumetmə müddətləri bitdikdən sonra onların hər hansı vəzifə tutmaları qadağan edilir. L.Yunusova və A.Yunusov cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkəcəklər.
Leyla və Arif Yunusovlar barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib
Qeyd edək ki, Leyla Yunusova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Ermənipərəst cütlüyün bank hesablarına həbs qoyulmaqla, Azərbaycanda, Türkiyədə və Çexiyada olan əmlakları müsadirə ediləcək
Vurğulayaq ki, artıq ötən ilin aprel ayında Arif və Leyla Yunusov-Barseqyanlar ölkəmizdə fəaliyyət göstərən bir sıra banklardakı hesablarından iri məbləğdəki pullarını tələm-tələsik çıxarmağa və ya xarci ölkələrə transfer etməyə başlamışdılar. Ən əsası, Arif Yunusov-Barseqyanın Praqa banklarının birindəki hesablarına iri məbləğdə pulların köçürülməsinə cəhdlər göstərilmişdi. Bu məsələlər məhkəmədə şahidlərin ifadələri və faktlarla da sübuta yetirilib. Məhkəmə hökmündə də bildirilib ki, onların hər ikisinin bank hesablarına həbs qoyulmaqla, Azərbaycanda, Türkiyədə və Çexiyada olan əmlakları müsadirə ediləcək.
Bundan başqa, keçirilən məhkəmə prosesində Yunusov-Barseqyan ailəsinin “vətəndaş cəmiyyəti” adı altında qazandığı külli miqdarda qeyri-qanuni pullar və əldə etdikləri mülklərlə bağlı faktlar da öz təsdiqini tapıb. Bəlli olub ki, onlar ölkə qanunvericiliyini pozmaqla külli miqdarda varidat toplamağa nail olublar.
Qeyd edildiyi kimi, Leyla Yunusova-Barseqyan son bir neçə il ərzində xarici təşkilatlardan və donorlardan külli miqdarda “qrant” alaraq mənimsəyib. Bu pulların böyük hissəsi Türkiyəyə və Çexiyaya yönləndirilib. L.Yunusova-Barseqyan bu pulları əldə etmək üçün Rəna Səfərəliyevanın rəhbərlik etdiyi təşkilatın adından sui-istifadə edib. Belə ki, təşkilatın rəsmi rəhbəri olan R.Səfərəliyeva Yunusova-Barseqyanın əldə etdiyi pullardan xəbərsiz olduğunu deyib. Bu fakt da məhkəmədə öz sübutunu tapıb.
Dövlətə xəyanət, yaxud Leyla və Arif Yunusov-Barseqyan, Laura Baqdasaryan və David Şahnazaryanı birləşdirən maraq nədir?
O ki qaldı L.Yunusova-Barseqyanın və həyat yoldaşının ermənilərlə işbirliyinə, Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqe tutmasına (bu cinayət işi, qeyd edildiyi kimi, ayrıca icraata verilir), bu da sirr deyil. Belə ki, bu cütlüyün Ermənistana səfərləri zamanı özləri ilə apardıqları şəxslər də Yunusovların düşmən ölkənin bir sıra “önəmli” təmsilçiləri ilə yaxın əlaqədə olduğunu təsdiqləyirlər. Bu şəxslər də bildiriblər ki, həmin səfərlərdə Leyla və Arif Yunusov-Barseqyanları həmişə həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində görmək mümkün imiş. Bəlli olur ki, Laura Baqdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Karine Stepanyan, Qarabağ separatçısı Samvel Babayan və digərləri L.Yunusovanın və həyat yoldaşının “əsas işbirlikçiləri”dir.
Cinayət məsuliyyəti daşıyan hər kəs qanun qarşısında cavab verməlidir... Və verir də...
Göründüyü kimi, Azərbaycan qanunlarını pozmağı özünə peşə seçən Leyla və Arif Yunusovlar məsuliyyətdən yaxa qurtara bilmədilər. Məhkəmə prosesi zamanı təhqirlər püskürən, bununla da prosesi pozmağa çalışan, şahidlərin ifadələrini özünəməxsus şəkildə təkzib etməyə cəhdlər göstərən ermənipərəst ailənin üzvləri yenidən öz ətraflarında şou düzəltmək istəsələr də buna nail ola bilmədilər. Bu fakt bir daha onu göstərir ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabər hüquqlara malikdir. Yəni, ölkə qanunvericiliyini pozan hər bir kəs qanun qarşısında cavab verməyə məhkumdur. Hüququn aliliyini hər zaman prioritet prinsip olaraq qəbul edən Azərbaycan dövlətində kimliyindən asılı olmayaraq heç kim ədalət mühakiməsindən qaça bilməz. Necə ki, Yunusov-Barseqyanlar qaça bilmədilər...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

