/ / Avropa xəbər agentlikləri Cenevrədə yeni xəbərçilik üsulları və maliyyələşmə məsələlərini müzakirə ediblər
Avropa xəbər agentlikləri Cenevrədə yeni xəbərçilik üsulları və maliyyələşmə məsələlərini müzakirə ediblər
29.09.2015 [10:16]
Sentyabrın 24-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) təşkilatçılığı ilə “Xəbər məzmununun formalaşdırılması, maliyyələşmə və gəlirlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Böyük Britaniyanın Press Association, Avstriyanın APA, Türkiyənin Anadolu, Almaniyanın DPA, Rusiyanın TASS, İspaniyanın EFE və digər aparıcı xəbər agentliklərinin rəhbərləri toplaşıblar.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov konfransda iştirak edib.
Tədbirdə çıxış edən EANA-nın prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal təşkilatın qarşıda duran məqsəd və vəzifələrindən danışıb. O qeyd edib ki, üzv agentliklər EANA-nın tədbirlərində fəal iştirak edir və bu da onlar arasında təcrübə mübadiləsinə böyük təkan verir.
Təşkilatın iştirak edəcəyi beynəlxalq tədbirlərdən bəhs edən Klayv Marşal üzv agentliklərin 2016-cı ilin noyabrında AZƏRTAC-ın rəhbərliyi ilə Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinə də qatılacağını deyib.
Sonra çıxış edən Reuters agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts xəbərin çatdırılmasında yeniliklərdən danışıb. O, Reutersin Anadolu, EFE, AP, AZƏRTAC və digər agentliklərlə əməkdaşlıq etdiyini deyib.
Konfransda Google şirkətinin Avropa xəbər resursları üçün yaratdığı “The Digital News Initiative” layihəsi təqdim edilib. Eyni zamanda, France Press, Press Association, TASS, SDA və digər agentliklərin nümayəndələri müasir dövrdə xəbər yayımı kimi videolara daha çox önəm verildiyini, sosial medianın jurnalistikaya yeni xəbərçilik üsullarının gətirdiyini vurğulayıblar, agentliklərin maliyyələşmə yollarından bəhs ediblər.
Konfrans çərçivəsində EANA-nın prezidenti Klayv Marşal France Press agentliyinin dünya xəbər direktoruna təşkilatın mükəmməllik keyfiyyəti mükafatını təqdim edib.
Tədbirdə Afina Texnologiyalar Mərkəzi xəbər yayımı sahəsində tətbiq edilən yeni texnologiyalarını təqdim edib.
EANA işini sentyabrın 25-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

