Görkəmli akademik Nadir Seyidov son mənzilə yola salınıb
07.10.2015 [10:09]
Oktyabrın 6-da görkəmli alim, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Nadir Seyidov son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənib.
Akademik Nadir Seyidovun həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlib, görkəmli alim və gözəl insanla vidalaşıblar.
Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tanınmış kimyaçı alim Nadir Seyidovun səmərəli elmi fəaliyyətindən, kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Alimin elmi məktəb yaratdığını vurğulayan AMEA-nın vitse-prezidenti qeyd edib ki, akademik Nadir Seyidov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr verib.
Bildirilib ki, akademik N.Seyidovun simasında Azərbaycan elmi böyük kimyaçı alimi itirib. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların əldə olunması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır. Onun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. N.Seyidov bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim, təvazökar və səmimi insan N.Seyidovun zəngin elmi irsi daim yaşayacaq, xalqımıza və elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində akademiklər Vaqif Abbasov, Dilqəm Tağıyev, Abel Məhərrəmov, Vaqif Fərzəliyev və Akif Əzizov çıxış edərək alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açıb, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Qeyd olunub ki, Nadir Seyidov 350-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülüb. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunub və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanıb. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi alıb. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.
Nadir Seyidovla bağlı xatirələrini bölüşən alimlər onun vətənpərvərliyindən, xeyirxahlığından, gənc mütəxəssislərə hər zaman təmənnasız qayğısından, Azərbaycan poeziyasına hədsiz vurğunluğundan söz açıblar.
Mərhumun ailəsi adından çıxış edən Vüqar Seyidov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

