“Tanınmış strateq-analitik”in erməni millətçiliyini təbliğ etməsi barədə
21.10.2015 [10:00]
Mətbuat həmişə cəmiyyətdə maraqların və inancların təşviqi üçün ən təsirli vasitə olub və bundan sonra da olacaq. Mətbuat, eyni zamanda, daim erməniləri “yüzillik soyqırımı”nın qurbanları və ya “öz müqəddəratını təyin etmək” uğrunda mübarizə aparan xalq kimi təqdim edərək dünya ictimaiyyətinin gözünə kül üfürən erməni təbliğat maşınının ən məşhur ruporlarından biridir. Keçmişdə olduğu kimi, bu gün də ermənilərin Qərbdə lobbiçilik təşəbbüsləri müəyyən qüvvələrin dəstəyi ilə, bir qayda olaraq, anti-Azərbaycan siyasəti istiqamətində irəliləyir və paralel şəkildə informasiya dəstəyini bilavasitə mətbuat sahəsində fəaliyyət göstərən ekspertlər göstərirlər.
Təəssüflə demək lazımdır ki, rusiyalı ekspertlər arasında ermənipərəst siyasətşünaslar heç də az deyil, amma Stanislav Tarasov kimi Azərbaycan əleyhdarlarının o qədər də çox olmaması faktı sevindiricidir. Təxribat xarakterli materiallarının sayını nəzərə alsaq, o, erməni diasporunun maraqlarının təşviqi üçün onlarla “müddətsiz müqavilə” imzalamış dünya ermənilərinin yeganə “ideya təbliğatçısıdır”. Yeri gəlmişkən, “tanınmış analitik və strateq” ermənilərə xidmət yolunda ‘’dərin’’ siyasi düşüncələr yürütmək üçün başını çox yormur, kobud desək, onun bütün birtərəfli fikirləri Azərbaycanın (ərazisi Ermənistan tərəfindən işğal olunan) guya təcavüzkar, Ermənistanın isə bu təcavüzün qurbanı olduğu nəticəsinə gətirib çıxarır.
Rusiya cəmiyyətinin sağlamdüşüncəli və obyektiv ekspertləri (xoşbəxtlikdən onlar az deyillər) qeyd edirlər ki, onların yaşlı, təqaüdçü həmkarları (halbuki çoxdan “fəxri təqaüdə” çıxmalı idi) qarşısına Azərbaycan ictimaiyyətini qıcıqlandırmaq və ermənilərə xidmət etmək kimi əsassız məqsəd qoyub. Onların əksəriyyətinin fikrincə, Tarasov Azərbaycanın xarici siyasəti ilə bağlı Rusiya cəmiyyətini yanlış məlumatlandırır ki, bu da reallıqla əsla uzlaşmır.
Tarasov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real faktları saxtalaşdırmaq və oxuculara özünün birtərəfli mövqeyini təlqin etməklə bütün dünya ictimaiyyətini yanlış məlumatlandırır. Qoşunların təmas xəttində qeydə alınan son hadisələr fonunda “qocaman” siyasətşünas Yaxın Şərqdə baş verən hadisələri, Rusiya və Türkiyə arasındakı ziddiyyəti, Azərbaycanın xarici siyasətini və başqa bir çox məsələləri bir-birinə qataraq bir neçə “parlaq” məqalələr yazıb. Sonuncu uydurmalarının birində Tarasov Azərbaycanın və Türkiyənin xarici siyasəti ilə bağlı bir sıra tənqidlər səsləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bununla bağlı birmənalı və aydın mövqeyini “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Tarasovun başı götürdüyü öhdəliyə o qədər qarışıb ki, artıq ağlına nə gəldi yazır. Tapşırıqla “Regnum”a yazanda, heç olmasa, Lavrovun, Roqozinin mövqeyini əks etdirən bəyanatları oxuyaydı. Amma insafla desək, satılmamışdan qabaq - ortabab fikirlər ortaya qoyurdu, özünü biabır etmirdi”, - deyə Novruz Məmmədov qeyd edib.
Tanınmış siyasətşünasın bəzi ziddiyyətli fikirlərini ayırd etməyə ehtiyac yoxdur, belə ki, Tarasov sevdiyi işi - erməni sifarişçilərinin maraqları naminə Azərbaycana qarşı təxribat missiyasını davam etdirməyi növbəti dəfə qarşısına məqsəd qoyub. Bununla da onun missiyasının tamamlandığını düşünmək olar.
Razılaşın ki, yalnız belə bir “görkəmli siyasətşünas” Xəzər hövzəsindən İŞİD-in Suriyadakı hərbi obyektlərinin raketlə vurulması ilə Xankəndindəki hava limanındakı fəaliyyət arasında “əlaqə” qura bilər. Belə ki, məhz onun gəldiyi nəticəyə görə, bu hava limanı Rusiya Federasiyasının Suriyadakı hərbi əməliyyatları üçün “müvəqqəti aerodrom” kimi istifadə oluna bilər. Müəllifin ehtimalına görə, guya rəsmi Bakı Suriyadakı hadisələrin gedişində Rusiyanın Xankəndindəki hava limanından hərbi aviasiya üçün müvəqqəti baza kimi istifadə edəcəyindən çəkinir, bu isə ekspertin təxəyyülünün məhsulundan başqa bir şey deyil. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Qarabağ münaqişəsi zonasında vəziyyətin daha da pisləşməsinin yolverilməzliyi barədə bəyanatına çəkmək üçün Tarasov xeyli güc sərf edib.
“Dünya ictimaiyyəti vəziyyətin daha da pisləşməməsi üçün əlindən gələni etməlidir”, - deyən KTMT-nin baş katibi qeyd edib ki, “Suriya, İraq və digər ölkələrdəki vəziyyəti nəzərə alsaq, daha bir qaynar nöqtə heç kəsə lazım deyil”.
Tarasovun şərhinə görə, KTMT-nin baş katibinin fikrində bəzi gizli informasiyalar var və ekspert bunun əsasında həqiqətlə heç cür uzlaşmayan fərziyyələr irəli sürüb. Bir sözlə, Tarasovun məqalələrindən tamamilə aydın olur ki, o, azərbaycanlılara və türklərə kəskin nifrət bəsləyir və xüsusi şövqlə Bakıya və Ankaraya qarşı yönəlmiş radikal ideyalar irəli sürür.
Maraqlıdır, Azərbaycandan getmiş bir şəxsdə keçmiş vətəninə qarşı bu qədər nifrət haradan gəlir?
Stanislav Tarasov 1953-cü ildə Kirovabadda (indiki Gəncə) anadan olaraq burada böyümüş, Sovet dövründə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Göründüyü kimi, Tarasovun həyat tarixçəsi bu və ya başqa şəkildə məhz, el arasında deyildiyi kimi, duz və çörəklə borclu olduğu Azərbaycanla bağlıdır, amma deyəsən, bu məsəl ona aid deyil.
Tamamilə aydındır ki, informasiya sahəsində Azərbaycana və Türkiyəyə istiqamətlənmiş bütün provokativ hücumlar Ermənistanın separatçı rejiminin maraqlarının, onun ölkəmizə qarşı təcavüzkar siyasətinin təşviqində dünya ermənilərinə daha çox stimul verir və müəyyən mərhələdə dünya birliyinin diqqətini baş verənlərin məğzindən uzaqlaşdırır. Müvafiq olaraq, bizim vəzifəmiz dünya ictimaiyyətini tariximizin ayrılmaz hissəsinə çevrilən real faktların doğruluğuna inandırmaq üçün müxtəlif beynəlxalq səviyyələrdə informasiya-təbliğat işini daha da gücləndirməkdir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

