Beynəlxalq müşahidəçilər: Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirildi
02.11.2015 [11:40]
Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirildi.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 1-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında beynəlxalq müşahidəçilər tərəfindən səsləndirilib.
Amerikalı müşahidəçi Ceyson Kats Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etməkdən məmnun olduğunu bildirib. O deyib: “Seçkilərin təşkilatçılığı məni heyran etdi. Eyni zamanda, seçki prosesi çox xoşuma gəldi. Məntəqə üzvləri çox yüksək səviyyədə təlim keçiblər. Seçki məntəqələrinin yaxınlığında hüquq mühafizə orqanlarının əməkdaşlarını görmədim. Bu, çox yaxşı haldır. Səsvermə prosesini əvvəldən axıradək izlədik. Məntəqə üzvləri vətəndaşlara səsvermə prosesi zamanı yaxından kömək edirdilər. Barmaqların yoxlanması təqdirəlayiq haldır. Bu, insanların təkrar səs verməsinin qarşısını alır. Ümumilikdə, deyə bilərəm ki, bu seçkilər ABŞ-dakı seçkilərdən də yüksək səviyyədə təşkil edilmişdi”.
İsrailli ekspert Arye Qut qeyd edib ki, ilk dəfədir Azərbaycanda parlament seçkilərini müşahidə edir.
O deyib: “Seçkilər şəffaf keçirildi. ABŞ-dan olan mütəxəssislər də qeyd etdilər ki, bu cür demokratik seçkilər digər ölkələr üçün də nümunə ola bilər. Vətəndaşlar sərbəst şəkildə seçkilərdə iştirak etdilər. Azərbaycan ona qarşı olan təzyiqlərə baxmayaraq, bu seçkiləri yüksək səviyyədə keçirdi. ABŞ-da və Avropada olan bəzi dairələr Azərbaycanın yürütdüyü siyasəti anlamır. Azərbaycan öz uğurlu siyasətini davam etdirməlidir”.
Arye Qut bildirib ki, bu seçkilər Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış bir addımdır. “İnsanların seçkilərdə nə qədər maraqlı olduğunu müşahidə etdik. Siyasi partiyaların nümayəndələri ilə danışdıq, onlar da seçkilərin gedişindən razı olduqlarını bildirdilər”, - deyə ekspert əlavə edib.
Bir neçə seçki məntəqəsində müşahidə apardığını bildirən almaniyalı müstəqil jurnalist Rainer Şubert heç bir ciddi qanun pozuntusuna rast gəlmədiklərini vurğulayıb.
İsrailin Birinci radiosunun baş redaktoru Vlad Zernitskiy bildirib ki, seçki prosesi tam demokratik və şəffaf keçib. Seçicilər sərbəst şəkildə seçkilərə gəlir və səsvermədə iştirak edərək vətəndaşlıq hüquqlarından istifadə edirdilər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

