Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident Administrasiyasının rəhbəri 7 saylı Seçki Məntəqəsində səs verib

Prezident Administrasiyasının rəhbəri 7 saylı Seçki Məntəqəsində səs verib

02.11.2015 [11:51]

Noyabrın 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakının 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı Seçki Məntəqəsində səs verib.
1438 seçicinin qeydiyyatda olduğu məntəqədə seçkilərin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Jurnalistlərin suallarını cavablandıran akademik Ramiz Mehdiyev seçicilərin fəallığını yüksək dəyərləndirdiyini deyib. Prezident Administrasiyasının rəhbəri saat 15-dək 43 faiz seçicinin səs verdiyini, heç bir insidentin baş vermədiyini bildirib. Akademik Ramiz Mehdiyev insanların sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini diqqətə çatdırıb.
Bəzi beynəlxalq qurumların seçkiləri müşahidə etməməsi ilə bağlı suala cavabında Prezident Administrasiyasının rəhbəri deyib ki, bütün təşkilatlara müraciət edilmişdi. Onlar gəlməmək barədə özləri qərar veriblər. Bu, ikili standartın ən bariz nümunəsidir.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31