Seçki kampaniyası və səsvermə prosesi olduqca şəffaf şəkildə, uğurla başa çatıb
02.11.2015 [11:54]
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib
Əli Əhmədov: Seçkilərin uğurla və ədalətli şəkildə baş tutması Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi sabitliyin ifadəsi hesab oluna bilər, eyni zamanda, bu, vətəndaşların ictimai-siyasi sabitliyə, inkişafa verdikləri yüksək qiymətin təzahürüdür
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ilə bağlı partiyanın qərargahında mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycanda parlament seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik əsaslarda, ədalətli və şəffaf keçirilib: “Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib: ilkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, beş il öncə - 2010-cu ildə ölkəmizdə keçirilən parlament seçkilərində seçici fəallığı 49,6 faiz səviyyəsində olmuşdu. Bu, bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər yüksək olmuşdur”.
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov diqqətə çatdırıb ki, seçki kampaniyasının gedişi və səsvermə prosesi olduqca normal, şəffaf şəkildə başa çatmışdır, nəticələrə təsir edəcək hər hansı ciddi qanun pozuntuları qeydə alınmamışdır: “Bu, ölkəmizdə seçki kampaniyası və səsvermənin yüksək səviyyədə təşkil olunmasını göstərməklə yanaşı, eyni zamanda, seçkilərin ədalətli və şəffaf keçirilməsinə dəlalət edir”.
“Məlum olduğu kimi, YAP seçki kampaniyasında ən çox namizədlə iştirak edən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası 117 namizəd irəli sürmüşdü, lakin partiyamız səsverməyə 115 namizədlə gəlib çıxmışdır, iki namizədimiz öz namizədliyini geri götürmüşdür. Reallıq ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçkilərdə böyük şansları var. İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlərin böyük bir hissəsi uğur qazanacaqlar və parlamentdə təmsil olunacaqlar”, - deyə Ə.Əhmədov əlavə edib.
YAP-ın Sədr müavini - İcra katibi vurğulayıb ki, Azərbaycanda seçkilərin gedişini izləmək üçün monitorinqlər aparılıb: “Eyni zamanda, “exit-poll” sorğuları aparılıb, həmin təşkilatlar nəticələri elan edib. Hesab edirəm ki, son nəticələr ilkin elan edilən rəqəmlərdən ciddi fərqlənməyəcək. YAP yenə də Milli Məclisdə ən çox namizədlə təmsil olunacaq. Hər məntəqədə yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, partiyamızın müşahidəçiləri də səsverməni izləyiblər. Bizdə olan məlumata görə, səsvermə prosesi yüksək fəallıq şəraitində baş tutub”.
“Yeni Azərbaycan Partiyasının müşahidəçiləri də hər bir məntəqədə qanunauyğun şəkildə səsvermə prosesini izləyiblər. Müşahidəçilərimizin verdikləri informasiyalar da onu deməyə əsas verir ki, səsvermə prosesi, bütövlükdə, həm yüksək fəallıq şəraitində, həm də ədalətli şəkildə keçirilib, ciddi qanun pozuntuları qeydə alınmayıb. Seçkilərin uğurla və ədalətli şəkildə baş tutması Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi sabitliyin ifadəsi hesab oluna bilər, eyni zamanda, bu, vətəndaşların ictimai-siyasi sabitliyə, inkişafa verdikləri yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları Azərbaycan vətəndaşlarının hakimiyyətə müsbət münasibətini formalaşdırıb və bu da onların verdikləri səslərdə öz əksini tapıb”, - deyə YAP-ın Sədr müavini - İcra katibi vurğulayıb.
Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda seçkilərin normal keçməsi ölkəmizin seçki sahəsində əldə etdiyi növbəti uğurlardan xəbər verir. Ədalətli və şəffaf şəkildə baş tutan növbəti parlament seçkiləri vətəndaşların həyata keçirilən siyasətə müsbət mövqeyini əks etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimad göstərməsini şərtləndirir. Bu etimad özünü məhz seçkilərdə də göstərdi. Bütövlükdə, seçki kampaniyası uğurla başa çatıb, yüksək seçici fəallığı qeydə alınıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

