Məlahət İbrahimqızı: ATƏT-in seçkilərdən danışmağa haqqı yoxdur
04.11.2015 [09:49]
“Ölkəmizdə keçirilən parlament seçkilərinin uğurla başa çatması münasibətilə bütün Azərbaycan ictimaiyyətini təbrik edirəm”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib. O, ölkəmizdə keçirilən parlament seçkilərinin şəffaf və demokratik şəkildə təşkil olunduğunu, prosesi bir çox ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və üzvlərinin izlədiyini qeyd edib. Millət vəkili vurğulayıb ki, özlərini “demokratiyanın beşiyi” adlandıran bir sıra ölkələrin nümayəndələri deyiblər ki, onlarda seçki zamanı bütün məntəqələr dairəvi olaraq polis işçiləri ilə əhatə olunur: “Bildirdilər ki, Azərbaycanda asayişi qoruyan polis işçiləri seçki məntəqələrinin əhatəsindən uzaq idilər. Onlar seçkidə iştirak edən insanların üzlərində təbəssüm olduğunu, heç bir konfliktin olmadığını dedilər”.
M.İbrahimqızı BBC-də Azərbaycanda keçirilən parlament seçkiləri barədə qərəzli və yalan məlumatların yer alması haqda da fikirlərini bildirib: “BBC heç Azərbaycanı sevərmi? BBC heç vaxt istəməz ki, Azərbaycan güclü dövlət olsun. BBC, CNN, Əlcəzirə kimi beynəlxalq media qurumlarını idarə edən qüvvələrin kimlər olduğunu, dünyanı necə qarışdırdıqlarını, hər yerdə xaos, müharibə, qaçqınlıq, səfalət törətdiklərini bilirik. BBC idarə olunduğu yerlərdən, Avropada qaçqın və köçkünlərə edilən zülmlərdən, zorakılıqdan, Aralıq dənizində bu gün də davam edən onlarla insanların həyatını itirmələrindən, Ukraynanı, Yaxın Şərqi bu hala salanlardan xəbər hazırlasın. Hansı ölkədə sabitlik, əmin-amanlıq varsa, orada davamlı inkişaf, dostluq, tolerantlıq var. Bu sabitlik və əmin-amanlığı isə dövlət yaradır. BBC, CNN və digər bu kimi media qurumlarından ölkəmizə qarşı yaxşı söz gözləmirik. Azərbaycanın Konstitusiyasında da, beynəlxalq sənədlərdə də yazılır ki, hakimiyyətin mənbəyi xalqdır. Parlamentimiz də xalqın seçimi ilə qurulur”.
Millət vəkili ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən parlament seçkilərinə əsassız iddiaları bəhanə gətirərək müşahidəçilər göndərməməsinin onların məkrli siyasəti olduğunu bildirib: “İnsanın birinci hüququ azadlıqdır. ATƏT DTİHB insanların təbii haqlarını - yaşamaq hüququnu müdafiə edə bilmirsə, Yaxın Şərqdən Avropaya gələn qaçqın və məcburi köçkünlərin ölüm-qalım arasında mücadilə etməsi ilə bağlı bir iş görə bilmirsə, ATƏT-in Minsk qrupu və DTİHB Azərbaycanın işğala məruz qalması, bir milyon qaçqını ilə bağlı heç nə əldə edə bilmirsə, bu qurumun Azərbaycanda parlament seçkilərindən danışmağa haqqı yoxdur. ATƏT nizamnaməsini qarşısına qoysun, əvvəlcə insanın təbii hüquq və azadlıqları haqda danışsın, sonra başqa məsələlərə keçsin”.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

