ATƏT DTİHB-nin mövqeyi Qərbin müəyyən dairələrinin siyasi sifarişinə əsaslanır
04.11.2015 [09:50]
Qurumun qərəzli yanaşması beynəlxalq müstəvidə də ciddi tənqid obyektinə çevrilib
Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasi kurs dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Bununla yanaşı, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Eyni zamanda, demokratik islahatları uğurla davam etdirən Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Buna paralel olaraq, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Sadalananların fonunda qeyd edə bilərik ki, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Məhz noyabrın 1-də keçirilmiş parlament seçkiləri də şəffaflığı, demokratikliyi və legitimliyi ilə yadda qaldı. Yerli və beynəlxalq müşahidəçilərin ümumi qənaəti ondan ibarətdir ki, parlament seçkilərinin şəffaflığı və legitimliyi Azərbaycanın demokratik ənənələr və dəyərlərə sadiq olduğunu nümayiş etdirdi.
Bununla yanaşı, seçki kampaniyasının gedişində bəzi dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyaraq hələ keçirilməmiş seçkiləri spekulyasiya vasitəsinə çevirməyə çalışdılar. Bu kontekstdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi, şübhəsiz, siyasi xarakter daşıyırdı. Başqa sözlə, bu, ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına zidd olmaqla yanaşı, həm də Qərbin müəyyən dairələrinin siyasi sifarişinə əsaslanırdı...
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında bu məsələyə toxunaraq qeyd edib ki, ola bilsin ki, Azərbaycan dövlətinin başçısının müstəqil siyasəti Qərbdə bəzi siyasi dairələri qane etmir. Nəticədə onlar, ən azı öz davranışları ilə, özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərməyə başlayıblar: “ATƏT DTİHB Azərbaycanın imicinə qarşı deyil, özünə qarşı işləyir. O, Azərbaycan Mərkəzi Seçki Komissiyasına qarşı deyil, özünə qarşı işləyir, onun Qərbin müxtəlif siyasi istəklərinə və sifarişlərinə məruz qalmış struktura çevrilməsi göz qabağındadır. Onların mövqeyi belədir: əgər neqativ məqamlar yoxdursa, amma belə məqamlar göstərmək lazımdırsa, biz sadəcə oraya getmirik. Bu mövqe DTİHB-ni çox cəhətdən hörmətdən salır və belə deməyə əsas verir ki, bugünkü DTİHB artıq öz dövrünü başa vurub”.
Leonid Slutski onu da əlavə edib ki, seçkilərin nəticələrindən asılı olmayaraq biz bunu qeyri-obyektiv və pozucu fəaliyyət xətti hesab edirik: “Azərbaycan rəhbərliyinin ölkəni postsovet məkanında ən firavan ölkələrdən birinə, Xəzər dənizi regionunda və bu regionun hüdudlarından uzaqlarda ən ciddi tərəfdaşlardan birinə çevirməyə yönəlmiş addımlarını alqışlamaq əvəzinə, Azərbaycan dövlətinin hər hansı uğurları, onu tənqid etmək və bizim fikrimizcə tamamilə qeyri-obyektiv qətnamələr qəbul etmək üçün bir mövzu kimi tamamilə əks mövqedən təqdim olunur.
Mənim fikrimcə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Prezidentin, dövlət başçısının kursu ətrafında sıx birləşməsi və əlbəttə, bu gün təcrübədə tətbiq edilən seçki texnologiyalarının müasirliyini inandırıcı şəkildə nümayiş etdirir”.
Beləliklə, ATƏT DTİHB-nin qərəzli mövqeyi beynəlxalq müstəvidə də ciddi tənqid obyektinə çevrildi. Reallıq isə ondan ibarətdir ki, parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşdü. Ölkəmiz bu seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoydu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

