/ / “Rossiyskaya qazeta”: Azərbaycanın unikal təcrübəsi onun vətəndaşlarının öz ölkəsi ilə fəxr etməsinə əsas verir
“Rossiyskaya qazeta”: Azərbaycanın unikal təcrübəsi onun vətəndaşlarının öz ölkəsi ilə fəxr etməsinə əsas verir
04.11.2015 [09:50]
“Artıq neçə ildir ki, Azərbaycan “holland xəstəliyi”nə tutulmamaq, yəni əvvəlki kimi bu gün də ölkə iqtisadiyyatının əsasını təşkil edən neftdən asılı olmamaq strategiyası yürüdür. Neft satışından əldə edilən vəsait hələ Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ilk növbədə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən toplanır. Bu gün həmin fondda təqribən 30 milyard dollar vəsait vardır. Əhalisinin sayı 9 milyon olan ölkə üçün bu məbləğ onun qızıl və valyuta ehtiyatlarının həcmindən 4 dəfə çoxdur. Qeyd etmək lazımdır ki, ARDNF öz təyinatına görə sadəcə “maliyyə yastığı” deyil, inkişaf fondu, infrastruktur layihələrinin - yol tikintisi, onilliklər boyu neft mədənləri kimi istifadə edilmiş torpaqların rekultivasiyası, genişmiqyaslı mənzil tikintisi, quraqlıq torpaqların irriqasiyası və bir sıra başqa layihələrin maliyyələşdirilməsinə xidmət edən fonddur”.
Bu sətirlər “Rossiyskaya qazeta”nın müxbiri Pavel Dulmanın həmin qəzetdə nəşr edilmiş “Neftə rəğmən” sərlövhəli məqaləsindən götürülüb.
Müəllif yazır ki, Azərbaycanda sahələri hektarlarla ölçülən istixanalar, süni irriqasiya hövzələri yaradılır. Bu fəaliyyətin nəticələrini həm ölkə vətəndaşları, həm də əcnəbilər açıq-aşkar görürlər. Bunları görən seçicilər iqtisadi böhranı və milli valyutanın məzənnəsinin bir qədər aşağı düşməsini müvəqqəti çətinliklər kimi qəbul edirlər. Yeri gəlmişkən, Azərbaycan təkcə neft hesabına dolanmır. Hökumətin daha bir strateji vəzifəsi kənd təsərrüfatını inkişaf etdirməkdir. Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən faktiki olaraq azad edilib - vergilər rəmzi xarakter daşıyır. Ən əlverişli şərait rejimi insanların kənd yerlərində qalmasına, orada pul qazanmağa, həm ölkəni ərzaq məhsulları ilə təmin etməyə, həm də bu məhsulları xarici bazara çıxarmağa imkan verir.
Müəllif vurğulayır ki, Azərbaycan bütün Rusiyanı geniş çeşidli meyvə-tərəvəz məhsulları ilə, o cümlədən zeytun kimi ekzotik meyvə ilə təmin edə bilər.
P.Dulman yazır: “Neftlə müqayisədə kiçik, lakin sabit və ən başlıcası, milli qürur hissi doğuran daha bir gəlir mənbəyi ... kosmosdur. Bir neçə il bundan əvvəl kosmik dövlətlər klubuna daxil olmuş Azərbaycan artıq iki rabitə peyki buraxıb. Hər biri ildə 25 milyon dollar gəlir gətirən bu peyklər tezliklə onlara çəkilmiş xərci ödəyəcəklər”.
Qəzetdə oxuculara Azərbaycanın “ASAN xidmət” brendi haqda da məlumat verilir. Müəllif sonda yazır: “Dövlət idarələri ilə vətəndaşların ünsiyyəti maksimum dərəcədə asanlaşdırılıb, vaxt itkisi minimuma endirilib. “ASAN xidmət” mərkəzlərinə gələn vətəndaşlar burada əsl psixoloji rahatlıq tapır, onları üzügülər xidmət heyəti gözləyir. Bütün bunlar Azərbaycan təcrübəsini unikal edən, vətəndaşların öz ölkələri ilə qürur duymasına əsas verən, Yeni Azərbaycan Partiyasının hər dəfə seçkilərdə qalib gəlməsinə imkan yaradan amillərin yalnız bir hissəsidir”.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17

