Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının 20 yaşı tamam olur
11.11.2015 [10:22]
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir
Hər il noyabrın 12-də Azərbaycanda müstəsna əhəmiyyətə malik dövlət bayramı - Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edilir. İyirmi il əvvəl - 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil suveren Azərbaycan dövlətinin Əsas Qanunu - Konstitusiya qəbul edildi. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu.
Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin o dövrdə ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edirdi. Yalnız Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mühüm ictimai-siyasi mühit formalaşdı. Bu, dövlət və cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı işlərə başlamağa, o cümlədən Əsas Qanunu qəbul etməyə imkan verdi.
1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və onun qəbul edilməsi Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsidir. O, Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya şəxsən sədrlik edib, onun cəmiyyətin müxtəlif təbəqələri arasında açıq müzakirəsini təşkil edib. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa edib. Bu müstəqillik dövlətçilik ənənələri və liderin şəxsi siyasi təcrübəsi əsasında qurulub. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynayıb. Heydər Əliyevin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə maraq çoxalıb, milli-mənəvi dirçəliş başlanıb.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi yarandı. Xalqın tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya gəldi və Azərbaycan Ali Sovetinin sədri seçildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli ideologiyanı əks etdirən dövlətçilik konsepsiyası hazırlandı. Bu baxımdan O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi mühüm problemin həlli üçün əhəmiyyətli addımlar atdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejimi haqqında razılıq əldə edildi. Həmin ilin sentyabrında isə transmilli neft şirkətləri ilə Xəzərin zəngin neft-qaz strukturlarının istismarı üzrə “Əsrin müqaviləsi” tarixi sənədi imzalandı.
Yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoydu. Siyasi sistemin mərkəzində insan, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durdu. Konstitusiyanın Preambulasında Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək bəyan etdiyi ülvi niyyətləri sadalanır.
Azərbaycan Konstitusiyasında müasir sivilizasiyalı cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən proqressiv ideyalar və dəyərlər geniş əks edilib.
Burada nəzərdə tutulur ki, Azərbaycan xalqı suveren hüququnu ümumxalq səsverməsi - referendum yolu və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçdiyi nümayəndələri vasitəsilə həyata keçirir.
Dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl prinsiplərindən biri olmaqla, Konstitusiyada təsbit edilib. Konstitusiyaya əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin tərəqqisinə yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.
Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət formulu, insan hüquq və azadlıqlarının təmin olunması təşkil edir. Ötən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb.
Ümummilli lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirir.
Arif Quliyev,
Hüquq elmləri doktoru,
Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının
professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər
Akademiyasının akademiki, “Ukrayna Azərbaycanlıları Elmi
Şurası” İctimai Təşkilatının rəhbəri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

