/ / Əsas Qanunun qəbulu müstəqil Azərbaycan Respublikasının demokratik inkişafının təməl istiqamətlərini, hüquqi, dünyəvi, dövlət kimi prioritetlərini müəyyənləşdirdi
Əsas Qanunun qəbulu müstəqil Azərbaycan Respublikasının demokratik inkişafının təməl istiqamətlərini, hüquqi, dünyəvi, dövlət kimi prioritetlərini müəyyənləşdirdi
12.11.2015 [10:00]
Konstitusiyanın qəbulundan 20 il ötür
Hazırda dünyanın ən mükəmməl konstitusiyaları sırasında yer alan Azərbaycanın Əsas Qanununun qəbulundan 20 il ötür. Məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyin əldə edilməsinin ardından ölkəmizdə yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi qanunvericilik sahəsində də islahatların həyata keçirilməsinə əngəl törədirdi. Ayaz Mütəllibovun istefasından sonra isə hakimiyyəti zəbt edən AXC-”Müsavat” cütlüyü üçün qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının tanınması və qorunması məsələsi maraqlı deyildi. Və Azərbaycanda etnik qarşıdurmalar yaradan, ölkədə separatizmi körükləyən addımları ilə yadda qalan AXC-”Müsavat” hakimiyyəti qısa zaman kəsiyində ölkəni uçurumun bir addımına sürüklədi.
Yalnız 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi məhv olmaqdan xilas etdi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir
Həmin illərdə müasir beynəlxalq siyasi-iqtisadi konyunkturaya uyğun gələn yeni Konstitusiyanın qəbulu dövrün əsas tələbi idi. Məhz bu səbəbdən Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.
Yeni Konstitusiyanın qəbulu sahəsində ilk tədbirlərdən biri Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan Müvəqqəti Komissiya işini görə bilmədi. Çünki o zaman Azərbaycanın tarixində mürəkkəb, ağır günlər yaşanırdı. Bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alındı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi genişlənir, ciddi iqtisadi-sosial problemlərin həlli kimi çox mühüm vəzifə qarşıda dururdu. Bu çətin vəziyyətdən və böhrandan xalqı Ulu öndər Heydər Əliyevin müdrik siyasəti çıxartdı.
Daha sonra 1995-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil idi. Komissiyanın Sədri isə Ümummilli lider Heydər Əliyev seçildi. Çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı, ictimai müzakirəyə təqdim olundu və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsində (referendumda) qəbul edildi. Ulu öndər həmin günləri belə xatırlayırdı: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.
Konstitusiya Azərbaycanın demokratik inkişafının təməlidir
Ümumbəşəri demokratik dəyərlərə əsaslanan Konstitusiya respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarır. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdəbirinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da Ümummilli liderimizin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoyur.
Hüquqi dövlətin çox mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa təsbit olunub. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilib. Bundan başqa, Azərbaycanın dünyaya nümunə göstərilən tolerantlıq ideyası da Konstitusiyamızda öz əksini tapıb. Ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququ Konstitusiya ilə tanınır, həmçinin, dinindən, dilindən və irqindən asılı olmayaraq ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur.
Azərbaycan Konstitusiyasının əsas məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır
Vurğulandığı kimi, Konstitusiyanın qəbulu hüquqi dövlət quruculuğu istiqamətində atılan mühüm addım idi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın preambulasında Azərbaycan Respublikasının məramı, yəni dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyin bəyan edilməsi dayanır.
Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır. Əsas qanunlar toplusu “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasındakı münasibətləri müəyyənləşdirir. İnsan hüquqlarının prioritetliyini konstitusion kateqoriyaların Konstitusiyanın strukturunda əks olunan ardıcıllığından da müşahidə etmək olar. Konstitusiyanın 12-ci maddəsi bəyan edir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Bu isə müstəqil Azərbaycanın bugünkü demokratik yolla inkişafının əsas meyarlarından sayılır. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.
Yəni, ölkəmizdə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirilir, qanunvericilik sahəsində aparılan əsaslı hüquqi islahatlar nəticəsində hər bir insanın şəxsiyyət azadlığı və toxunulmazlığı təmin olunur, ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.
Prezident İlham Əliyev Ulu öndərin ideyalarını uğurla həyata keçirir
Məhz bu cür mükəmməl, Ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin müəllifi olduğu Konstitusiya müasir Azərbaycanın inkişaf istiqamətlərini vətəndaşlar arasında münasibətlərin müstəvisini müəyyənləşdirdi. Bununla belə, zaman dəyişdikcə, Azərbaycan inkişaf etdikcə, dünyada yeni münasibətlər sistemi formalaşdıqca Əsas Qanuna yeniliklər etmək qaçılmaz olur. Bu mənada həm 2002-ci ilin avqustunda, həm də 2009-cu ilin martında keçirilən referendum ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə yol açdı. Həmin referendumlarda Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanda demokratikləşmə proseslərinin dərinləşməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etdi. 2004-cü ildə insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsi məqsədilə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əksini tapdı. Həmçinin hər kəsin pozulmuş insan hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ tanındı.
Bir sözlə, Ulu öndərimizin müəllifi olduğu və 20 ildir ki, ölkəmizin demokratik inkişafında mayak rolunu oynayan Azərbaycan Konstitusiyası hüquq və azadlıqların qorunmasının başlıca təminatdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də öz fəaliyyətində daim Konstitusiyaya istinad edərək respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunun aliliyinin bərqərar olmasını təmin edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

