Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib
24.11.2015 [10:31]
Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın Suraxanı rayon təşkilatının qərargahında təntənəli mərasim keçirilib
Əli Əhmədov: YAP üzvü olmaq sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın Suraxanı rayon təşkilatının qərargahında təntənəli mərasim keçirilib.
Toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək YAP-ın yaranması, keçdiyi böyük şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlərdən ətraflı bəhs edib. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi: “Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Çünki Azərbaycan çox ciddi milli fəlakətlərlə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması xalqımızı bu fəlakətdən xilas etdi”.
Əli Əhmədov deyib ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. “23 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir”, - deyə YAP İcra katibi qeyd edib.
YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib: “YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarını 23 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. YAP-ın uğurlar partiyası olduğunu deyən Əli Əhmədov bildirib ki, bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. “Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Partiyamızın yüz minlərlə üzvü həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, YAP-ın böyük gücünün və qüdrətinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. “Birincisi, təbii ki, partiyanın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müəyyənləşdirdiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. Digər fundamental əsas YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət və bu siyasətin böyük uğurlar qazanması, iqtisadiyyatımızın güclənməsi, iqtisadi yüksəliş əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yeniləşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər həyata keçirilən siyasətə insanların inamını möhkəmləndirib. Bu inam YAP-ın gücünü, qüdrətini artıran amillərdən biridir. Digər amil isə YAP-ın bütövlükdə Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi də YAP-ın öz sıralarında yüz minlərlə insanı birləşdirməsidir. Digər tərəfdən, bu, sadəcə, bir statistika deyil, böyük intellektual gücün YAP-ın ətrafında sıx birləşməsini ehtiva edir və bu intellektual güc çoxlu sayda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücə və siyasi mərkəzə çevrilmiş olur. Bu insanlar Heydər Əliyev ideyalarına sadiqliyi, bu gün Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləmələri, bütövlükdə cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-ın nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-ın gücünü göstərən fundamental əsaslardır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov daha sonra bildirib ki, Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. Qeyd olunub ki, YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Əli Əhmədov bildirib ki, YAP öz nəhəng fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə məfkurəsi Azərbaycanın hüdudlarından da kənara çıxıb: “Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur”.
YAP Sədrinin müavini eyni zamanda qeyd edib ki, bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki partiyanın ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlər qazanmasına öz töhfələrini verməkdədir.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. “Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər, ölkənin inkişafı davamlı olacaq”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov deyib ki, gənclərimiz də Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyurlar. “Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 660 mindən çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə, bir statistika deyil, bu, 660 mindən çox Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib. YAP üzvü olmaq, sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir. Güman edirəm ki, YAP Gənclər Birliyinin üzvləri bu günə qədər özlərini bu cür dərk etdikləri kimi bundan sonra da bu keyfiyyətdə özlərini dərk edəcəklər, Azərbaycanın gələcəyinə özlərini hazırlayacaqlar. Azərbaycan dövləti gənclik üçün firavan Azərbaycanı, onun gələcəyini qurur. Azərbaycan gəncliyi isə özünü bu gələcəyə hazırlamalıdır. Çünki gələcəkdə ölkəmizi idarə edənlər bugünkü gənclər içərisindən seçiləcəklər. Gənclik özünün bu məsuliyyətini dərk etməlidir. Siz nə qədər bu məsuliyyəti dərk etsəniz, özünüzü buna hazırlasanız, Azərbaycanın firavan gələcəyi daha gözəl olacaq”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov deyib ki, Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri YAP sıralarında toplaşıblar. “Gənclik hər bir cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində müasirliyin, yeniliyin daşıyıcısıdır. Azərbaycan gəncliyi də, sözün həqiqi mənasında, Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə siyasətinə ən böyük töhfə verən ictimai qüvvə kimi özünü göstərib. Hesab edirəm ki, məhz bu gənclik Azərbaycanın gələcək firavan həyatının təmin edilməsinə daha böyük töhfələr verəcək. Bu gün YAP-ın sıralarında olmaqla əldə etdikləri biliklər, vərdişlər, mənəvi keyfiyyətlər gələcəkdə onların Azərbaycana ləyaqətlə və böyük səmərə ilə xidmət göstərmələri üçün ciddi əsaslar yaradır”, - deyə YAP Sədrinin müavini vurğulayıb. YAP-ın yaranmasının 23 illiyi münasibətilə bir daha tədbir iştirakçılarını təbrik edən Əli Əhmədov onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə həmçinin YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın Gənclər Birliyinin sədri Kənan Kərimov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Şəmsi Gülverdiyev çıxış ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 il ərzində keçdiyi şərəfli yola nəzər salıb, YAP-ın fəaliyyətinin hər bir Azərbaycan vətəndaşında qürurverici amil olduğunu qeyd ediblər.
YAP-ın yaranmasının 23 illiyinə həsr olunmuş toplantının sonunda partiya həyatında fəallığı ilə seçilən bir qrup gəncə mükafatlar təqdim edilib. Eyni zamanda, YAP-ın 23 illiyi münasibətilə tort kəsilib.
Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26

