Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb

20.05.2026 [11:36]

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, WUF13-də iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Forumun keçirildiyi 3 gün ərzində (17-19 may tarixlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3 260 səfər yerinə yetirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan (12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 5 555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31