Mübariz Qurbanlı: Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək
04.12.2015 [10:14]
“Biz xarici ölkələrdə dini təhsil almaq istəyənlərlə bağlı məhdudiyyətlər tətbiq edəcəyik. Çünki 17 yaşındakı insan gedib oxuduğu ölkədə gördüklərini Azərbaycana gətirmək istəyəcək. Hesab edirəm ki, dini islahatları davam etdirməli, dövlət-din münasibətlərinin ideal formasını yaratmalıyıq”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məscidlərdə qanuni imamlar fəaliyyət göstərməlidir: “Qanuni imamlar məscidlərdə moizə oxumalıdır. Ancaq bu gün Nardaran məscidində kimlərsə qanunsuz olaraq moizə oxuyur. Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək. Şeyxülislama bu haqda məlumat vermişik. Nardaranda yalnız bir məscid rəsmi qeydiyyatdan keçib. Nardaranda və başqa yerlərdə radikal cücərtilərin qarşısı alınmalıdır. Biz ənənəvi İslamı qorumalıyıq. Ənənəvi İslam da peyğəmbərimizin sünnəsidir”.
Komitə sədri əlavə edib ki, Azərbaycanın dünyəviliyinə, azərbaycançılıq ideologiyasına istənilən müdaxilənin qarşısı alınacaq: “Dövlət həmişə güzəştə gedib. Şeyxülislam bu məsələlərin həll olunmasında iştirak edib. Biz sonsuza qədər bu məsələlərə dözüm göstərə bilməzdik. Tolerantlığın da bir həddi var. Azərbaycan dünyəvilik prinsipinə söykənir. Bu da ümumxalq referendumu ilə belə olub. İslam dünyasında baş verən hadisələri hamı görür. İslam adı altında fəaliyyət göstərən qruplardan başqa dövlətlərin istifadə etdiyinin şahidiyik”.
M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var: “Ölkə qanunları var, QMİ-nin nizamnaməsi var. Din sahəsində nə qədər uğurlarımız varsa, bu uğurların sahibi bizik. Din adından sui-istifadə varsa, bunun aradan qaldırılmasına da cavabdeh bizik. Biz başqa ölkələrin dövlət modelinin Azərbaycanda tətbiq edilməsinə imkan verməməliyik. İmkan verə bilmərik ki, kimlərsə Allah evini siyasət meydanına çevirsin. İslam dini bəndə ilə Allahın bağlılığını təmin edən dindir”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

