/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib
16.12.2015 [09:56]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, bu qurumun Qadın Təşkilatı və Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə İstanbulda qadınlara qarşı zorakılığın qarşısının alınması mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın açılışında Türkiyənin Baş naziri Əhməd Davudoğlu, BMT Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin çıxış ediblər.
“Qadına yönəlmiş şiddətə son: inkişafın sürətləndirilməsi” adlı beynəlxalq konfransda Azərbaycanda gender siyasətinin həyata keçirilməsi və bu istiqamətdə əldə olunan müsbət nəticələr barədə məlumat verilib. Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova təmsil edib. Konfrans çərçivəsində keçirilmiş “Qadına və qız uşaqlarına qarşı zorakılığın qarşısının alınması modeli” mövzusunda panelə sədrlik edən komitə sədrinin digər paneldə də çıxışı dinlənilib.
Çıxışı zamanı postsovet məkanında ilk dəfə Azərbaycanda qadın məsələləri üzrə dövlət qurumunun yarandığını konfrans iştirakçılarının diqqətinə çatdıran Hicran Hüseynova ölkəmizdə qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox insanın məcburi köçkünə çevrildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, doğma yurd-yuvalarından didərgin düşən azərbaycanlı qadınlara aid problemlərin əsasında hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dayanır.
O, həmçinin Azərbaycanda həyata keçirilən gender siyasətinin müsbət nəticələri, o cümlədən bu sahədə mükəmməl hüquqi bazanın mövcudluğu, qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün çevik icra mexanizminin fəaliyyəti barədə də danışıb. Bildirib ki, bütün ölkələrdə xalqların öz dəyərləri, mili adət-ənənələri çərçivəsində qadın zorakılığının qarşısının alınması məqsədi ilə elmi əsaslara və beynəlxalq təcrübəyə söykənən çevik mexanizmlər qurması daha məqsədəuyğun olardı. Bundan başqa, qadın hüquqlarına dair beynəlxalq konvensiyalarda müəyyən olunan bütün məsələlərin həyata keçirilməsinə dair əsaslar müəyyənləşdirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasəti barəsində ətraflı məlumat verən Hicran Hüseynova sözügedən sahə üzrə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, Hicran Hüseynova beynəlxalq konfransa qadın zorakılığının qarşısının alınması, eləcə də dövlət qadın siyasətinə dair Azərbaycan modelinin digər ölkələrdə tətbiqi yollarını iştirakçı tərəflərə çatdırmaq məqsədilə dəvət olunub.
Konfransdan sonra komitə sədrinin Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Səma Ramazanoğlu ilə ikitərəfli görüşü keçirilib. Rəsmi görüşdə tərəflər gender bərabərliyinin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişafına dair razılığa gəliblər.
Konfrans BMT-nin üzv ölkələrinin və digər iştirakçıların qadınlara yönəlmiş zorakılığın qarşısının alınması mövzusu üzrə fəaliyyətin artırılması və səylərin gücləndirilməsi üçün öhdəliklərin və tövsiyələrinin müzakirəsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

