Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə gənclər fəallıq nümayiş etdirməlidirlər
18.12.2015 [10:18]
Dindən siyasi məqsədlər üçün istifadə edildikdə radikal cərəyanlar yaranır. Buna görə də dindən siyasi məqsədlərlə istifadə olunmamalı, radikalizmlə ciddi mübarizə aparılmalıdır. Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövləti Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkil etdikləri “Gənclər dini radikalizmə və ekstremizmə yox deyir” mövzusunda konfransda səsləndirilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov konfransı açaraq mövzunun aktuallığını qeyd edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dini icmalar arasında heç bir ziddiyyət yoxdur. Dövlət-din münasibətləri yüksək səviyyədədir.
Komitə sədri deyib ki, İslam dini Quranda yazılanlara söykənməlidir. Ənənəvi İslam əslində İslam dininin ilkidir. Sonralar kimlərsə onu öz maraqları üçün yozublarsa, müəyyən qanunlar çıxarıblarsa, bu, hər bir xalqın öz inkişaf yoluna uyğun olub. Milli İslam dini yaratmaq olmaz.
Azərbaycanda əhalinin 96 faizinin müsəlman olduğunu deyən M.Qurbanlı qeyd edib ki, heç də hamı İslamın vacib şərtlərini yerinə yetirmir. Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Bizdə bu məsələdə könüllülük prinsipi mövcuddur.
Komitə sədri xatırladıb ki, 1990-cı illərdə bəzi dairələr qaçqın və məcburi köçkünlərə yardım etməklə bərabər, Azərbaycanda məscidlər tikib və müəyyən təbliğati işlər aparıblar. Ölkəmizdə ənənəvi şiəliyin müxtəlif mərasimlərini radikal şiəliyin mərasimləri səviyyəsinə qaldırmaq istəyiblər. İmam Hüseynin əzadarlığı əvvəllər də keçirilib. İndi bunu güc nümayişi adı altında etmək niyyətlərini görürük. Əvvəllər xarici ölkələrdən hətta nümayəndələr gəlib bunu idarə edirdilər. Bu, təhlükəli idi. Dövlət, hökumət bu cür məsələlərə biganə qala bilməzdi.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir. Bu yaxınlarda Nardaranda baş verən hadisələr zamanı müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyinə zidd əməllər nümayiş etdirirdilər. Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Yalnız Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyə xarakteri daşıyır, ona əməl etməmək də olar. Ancaq qanunlara mütləq əməl edilməlidir. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən komitə sədri bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü deyib.
Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur. Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdırlar. Təhlükəli dini cərəyanların yayılması qadağandır. Bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər də bu işlərdən kənarda qalmamalıdırlar. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizmə və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk.
Dini xurafata qarşı mübarizədə təhsilin böyük önəm daşıdığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, Gənclər Fondunun növbəti qrant müsabiqəsində dini radikalizmə qarşı mübarizə istiqamətinə də yer ayrılacaq.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf və digərləri çıxış edərək gənclərin dini xurafata, dini radikalizmə qarşı mübarizədə fəallıq nümayiş etdirmələrinin önəmini vurğulayıblar. Bu məsələdə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyi də qeyd edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55

