Azərbaycan müstəqil məhkəmə sisteminə və təkmil milli qanunvericiliyə malikdir
22.12.2015 [09:47]
Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir.
Çoxşaxəli institusional islahatlar hüquq sisteminin təkmilləşməsinə mühüm töhfələr verir
Digər tərəfdən, çoxistiqamətli islahatlar hüquq sisteminin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin demokratik inkişafına xidmət edir.
Beləliklə, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub, eyni zamanda, ölkəmizdə müstəqil məhkəmə sistemi mövcuddur. Xüsusilə də, Azərbaycanda insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Azərbaycan milli qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Qərb təsisatları ilə uğurlu əməkdaşlıq edilib
Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən, xüsusən də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən universal dəyərlərə sadiqliyini bəyan edib, insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenal ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulub, bəzən bu və ya digər beynəlxalq təşəbbüsün müəllifi kimi çıxış edib. Eyni zamanda, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilib, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul olunub. Bu addımlar ona görə zəruri idi ki, sovet dövründən qalma hüquqi aktlar yeni dövrün reallıqlarına uyğunlaşdırılsın, insan azadlıqlarının təmini istiqamətində lazımi milli qanunvericilik bazası yaradılsın.
Qərb institutlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər
Bunlara paralel olaraq onu da qeyd etmək lazımdır ki, hazırkı şəraitdə isə beynəlxalq institutlarla, xüsusən Qərb təsisatları ilə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq Azərbaycan üçün yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühiti formalaşdırılması ilə nəticələnməməlidir. Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq.
Rusiya qanunvericiliyinə görə, beynəlxalq konvensiyaların şərtləri, qoşulmuş olduqları Qərb təsisatlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hökmü də yerli məhkəmələr üzərində üstünlüyə malik deyil. Eyni hal Almaniya və Böyük Britaniya praktikasında da var. Bu ölkələr son illər ərzində Avropa Məhkəməsinin heç bir hökmünü icraata yönəltməyiblər. Nəinki böyük dövlətlər, hətta Ermənistan kimi kiçik ölkə belə Avropa Məhkəməsinin qərarlarını icraata qəbul etmir. Buna nümunə kimi Avropa Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxardığı qərara münasibəti göstərmək olar.
Hüquqşünaslar mövcud durumu milli qanunvericiliyə, yerli məhkəmə-hüquq sisteminə təhdid kimi dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan da Avropa ölkələri və Rusiya kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

