Eldar İbrahimov: Əhali narahat olmasın, hər şey qaydasına düşəcək
23.12.2015 [10:37]
“Azərbaycan bu vəziyyətdən üzüağ çıxacaq”
Mərkəzi Bankın üzən məzənnəyə keçilməsi ilə bağlı qərarı və 1 dolların 1,55 manata qalxması ölkədə ajiotajın yaranmasına səbəb olub. “Modern.az” saytı Yeni Azərbaycan Partiyası (YAP) İqtisadiyyat komissiyasının, eyni zamanda, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdan bununla bağlı müsahibə götürüb.
- Yeni Azərbaycan Partiyasının İqtisadiyyat komissiyasının sədrisiniz, 2015-ci il ərzində iki dəfə manatın dəyərdən düşməsinin şahidi olduq. Komissiyanın rəhbəri kimi bunu necə qiymətləndirirsiniz?
- Valyutaların bir-birinə olan münasibətinin dəyişməsi, əslində, bazar iqtisadiyyatının tələblərindən biridir. Belə bir hadisənin baş verməsi heç də qorxu-həyəcan doğurmamalıdır. Vaxtilə manatın dəyəri çox aşağı idi. Sonralar bizim ölkəmiz ixrac potensialını artırdığına görə çoxlu miqdarda dollar gəldi. Belə olan halda manatın məzənnəsi dollara nisbətən qalxdı, indi isə əksinə proses gedir. Əsas ixracımız neft olduğuna görə belə yolla dolların azalması manatın məzənnəsinə təsir göstərir. Hökumət ehtiyat fondundan son illər müəyyən qədər pul xərcləyərək manatın məzənnəsini saxlayırdı. Belə yolla məzənnəni saxlamaq effektli olmadığına görə üzən məzənnə yoluna qədəm qoyduq. Hesab edirəm ki, bu dəyişiklik iqtisadiyyata güclü təsir göstərməyəcək. Görülən tədbirlər nəticəsində bütün məsələlər yoluna qoyulacaq.
- Belə hadisələr YAP-ın reytinqinin aşağı düşməsinə səbəb ola bilərmi?
- Bu məsələnin Yeni Azərbaycan Partiyasının nüfuzuna təsiri ola bilməz. Partiyamız hakimiyyətdə olduğu dövrdə əməkhaqlarının, pensiyaların, yardımların artırılmasına nail olub. Eyni zamanda, ölkəmizə çoxlu miqdarda investisiyalar qoyulub, Azərbaycan investisiya alan ölkədən investisiya yatıran ölkəyə çevrilib. Yaxın vaxtlarda bu, öz bəhrəsini verəcək. Hesab edirəm ki, məzənnənin dəyişməsi heç nəyə təsir göstərməyəcək.
- Bir il ərzində milli valyutanın dəyərinin 100 faiz aşağı düşməsini nə ilə əlaqələndirirsiniz? Buna səbəb kimi neftin qiymətinin ucuzlaşması, qiymətlərin süni şişirdilməsi göstərilir. Bununla bağlı fikirlərinizi bilmək olarmı?
- Hesab edirəm ki, qısa müddətdə neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, eyni zamanda, ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması da buna təsir göstərir. Bildiyiniz kimi, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün müəyyən tədbirlər görür, addımlar atır və bu tədbirlər qısa müddətdə öz effektini verə bilməz. Müəyyən zaman keçəndən sonra iqtisadiyyatdakı bu inkişafın təsirini görə biləcəyik. Ümumiyyətlə, ixrac olunan məhsullar, neftin qiymətinin aşağı düşməsi buna təsir göstərməli idi. Bu, neft ixrac edən ölkələrin hamısında baş verir. Ona görə də burada ayrı səbəb axtarmaq lazım deyil. Dünyada baş verən proseslər, qonşu ölkələrdə baş verən maliyyə və iqtisadi böhran bunun yaranmasının əsas səbəbidir.
- Maraqlıdır ki, bu il ölkədə manatın dəyərdən düşməsi ilə bağlı hökumət və ya bununla əlaqədar qurumlar insanların qarşısına çıxıb məlumat vermədi. Sizcə, insanlar belə vəziyyətdə nə etməlidirlər? Çünki onlar nə etməli olduqlarını bilmirlər.
- Azərbaycanda heç də hamı iqtisadi məsələlərlə o qədər də yaxından tanış deyil. Ona görə də maarifləndirmə aparılmasına ehtiyac var. Bununla bağlı işlər başlayıb, hökumət insanlara məlumat verəcək və proseslər izah olunacaq. Maliyyə böhranı və iqtisadi problemlərlə üzləşəndə böhrandan çıxmaq üçün hökumət müəyyən proqramlar hazırlayır. Həmin proqramı həyata keçirərək böhranın təsirini yumşaldır.
- Maraqlıdır, YAP-ın İqtisadiyyat komissiyası bununla bağlı hansı işlər görəcək və insanlara nə vəd edir?
- Bu məsələdən çıxış yolu üçün hökumət müəyyən tədbirlər görəcək. İqtisadiyyat komissiyası olaraq biz bu məsələ ilə bağlı müəyyən addımlar atacağıq.
- Siz uzun illərdir Milli Məclisin Aqrar siyasət komitəsinə rəhbərlik edirsiniz. Bundan sonra kənd təsərrüfatının inkişafı üçün nələri proqnozlaşdırırsınız? Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi bu problemlərin həllinə kömək edəcəkmi? İnsanlardakı pessimist fikirləri dəyişəcəkmi?
- Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, aqrar sektor qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və hökumət bununla bağlı konkret işlər aparır. Heç də təsadüfi deyil ki, Prezident 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib. Kənd təsərrüfatının daha da inkişafı, maliyyə yardımlarının artırılması üçün əlavə Sərəncam imzaladı. İqtisadiyyatın şaxələndirilməsi Prezidentin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Demək olar ki, kənd təsərrüfatı son vaxtlar sürətlə inkişaf edir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın aqrar sahəsi MDB ölkələrindən fərqli olaraq, bir gün də olsun inkişafdan geri qalmayıb. 1996-cı ildən başlayaraq, demək olar, hər il bu sahədə inkişaf müşahidə olunur. Son illər bu sahəyə daha çox investisiya qoyulduğundan sahibkarların əlverişli şəraitdə fəaliyyət göstərmələrinin təmin olunması üçün subsidiyaların ayrılmasında, aqroparkların inkişafına başlanmasında böyük işlər görülüb.
İstisna deyil ki, bütün bunlar sonda aqrar sektorun inkişafına təkan verəcək. Aqrar sektor iqtisadiyyatın ən çox yeni iş yeri yaradan sahəsidir. Burada bir iş yeri iqtisadiyyatın digər sahələrində 5-6 iş yerinin yaranmasına imkan verir. Bu səbəbdən aqrar sektora diqqət getdikcə artır. Xüsusilə, aqrar sektorda aparılan islahatlar nəticəsində torpaqlar fermerlərə paylanılıb və onlar bu gün torpaqları əkib-becərirlər. Xırda təsərrüfatlar çoxluq təşkil etdiyinə görə bizdə indi yeni texnika və texnologiyaları tətbiq etmək çətindir. Ona görə də möhtərəm Prezidentin Fərmanı əsasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi işlənib, Milli Məclisə təqdim olunub. Bu qanun layihəsi hazırda parlamentdə I oxunuşdan keçib. Cənab Prezidentin göstərişi əsasında əsas ərzaq məhsullarından taxıla olan tələbatı yerli istehsal hesabına ödəmək üçün 50 yeni təsərrüfat yaradılması qarşıya məqsəd qoyulub. Bu təsərrüfatlardan bir neçəsi fəaliyyət göstərir. Onu da qeyd edim ki, Ağcəbədi rayonunda yaradılan iri taxılçılıq təsərrüfatında hər hektardan 2012-ci ildən başlayaraq 55-60 sentner taxıl məhsulu götürülüb. Bu məhsuldarlıq Azərbaycan üçün yüksək rekord nəticədir və Avropa ölkələri ilə eyni səviyyəyə qalxmaq deməkdir.
Azərbaycanda hazırda 25-30 sentnerə yaxın taxıl götürülür. Ölkəmiz üçün birinci dəfədir ki, ən yüksək məhsuldarlıq - 30,5 sentner taxıl əldə olunub. Ölkə üzrə məhsuldarlığı 50 sentnerə qaldırsaq, onda 15 milyona yaxın əhalini yerli istehsal hesabına təmin edə bilərik. Yəni Azərbaycanda ərzaq təhlükəsizliyi problemi heç vaxt yaşanmayacaq. Çünki bunun üçün bizim böyük imkanlarımız var. Sadəcə olaraq, indi investisiyaların artırılması, qoyulan investisiyaların səmərəli istifadəsi nəticəsində iri təsərrüfatları yaratmaq və onların hesabına məhsuldarlığı yüksəltmək lazımdır. İnnovasiyalar tətbiq olunur və artıq bu istiqamətdə işlər görülür. Son vaxtlar aqrolizinq yolu ilə yeni texnikalar alınıb, tətbiq olunur. Bunlar da yaxın vaxtlarda öz töhfəsini verəcək. Eyni zamanda, bu inkişafı emal sənayesində də görəcəyik. 5-6 il qabaq pambığı lif kimi istehsal edib xarici ölkələrə satırdıqsa, artıq lif kimi yox, pambıq iplik, hazır məhsul kimi ixrac edirik. Bu isə ölkəyə dollar gəlməsinə səbəb olur. Bu da yeni iş yerlərinin açılmasına, həm də ölkənin iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. Yəni kənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədə əlaverişli imkanlar var.
- Hazırda ölkədə yaranmış ajiotajdan çıxmaq üçün insanlara nəyi məsləhət bilirsiniz? Bundan istifadə edənlərə sözünüz nədir?
- Narahatlığa heç bir ehtiyac yoxdur. Hər şey öz qaydasına düşəcək. Azərbaycan güclü dövlətdir və istənilən situasiyadan çıxmağa qadirdir. Belə vəziyyət uzun müddət davam etmir və yeni inkişafa təkan verir. Əminəm ki, belə də olacaq və biz yeni inkişaf mərhələsinə qədəm qoyacağıq. Əhalimizin iş qabiliyyəti, zəhmətsevərliyi imkan verir ki, heç bir narahatlıq olmadan ərzaq təhlükəsizliyini təmin edək və iqtisadiyyatımızı möhkəmləndirək.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

