Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Qiymətləri süni şəkildə artıran insanlara qarşı sərt cəza tədbirləri görülməlidir

Məlahət İbrahimqızı: Qiymətləri süni şəkildə artıran insanlara qarşı sərt cəza tədbirləri görülməlidir

13.01.2016 [09:34]

“Azərbaycanda istehsal olunan, xarici bazardan asılı olmayan, heç bir xarici valyuta ilə tənzimlənməyən məhsulların qiymətlərinin süni şəkildə şişirdilməsi öz xalqına qarşı laqeyd, biganə münasibətdən irəli gəlir”.
Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini və bunun qarşısını almaq üçün verdiyi tapşırıqları şərh edərkən deyib.
M.İbrahimqızı deyib ki, Prezident İlham Əliyev son vaxtlar manatın devalvasiyası ilə əlaqədar süni qiymət artımına çox kəskin münasibətini bildirdi: “Dövlət başçısı möhtəkirlik, qiymət şişirdilməsinin qarşısının alınması ilə bağlı çox ciddi tapşırıqlar verdi. Mənim seçicilərim də bu tapşırıqları müsbət qarşılayır. Nazirlər Kabinetinin sonuncu iclası bizim hər birimizin üzərində daha ciddi məsuliyyət qoyur”.
M.İbrahimqızı vurğulayıb ki, qiymətləri süni şəkildə artıran insanlara qarşı sərt cəza tədbirləri görülməlidir ki, bunun qarşısı alınsın.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31