Manatın devalvasiyasını şərtləndirən əsas səbəblərdən biri də qlobal siyasi böhrandır
15.01.2016 [09:34]
Ekspertlərin fikrincə, beynəlxalq miqyasda baş verənlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycana təsir etməyə bilməzdi
Son bir ildə dünya bazarında neftin qiymətinin 3 dəfədən artıq ucuzlaşması dövlətlərin pul-maliyyə sisteminə, iqtisadiyyatına öz təsirini göstərməkdədir. Bu amil bir sıra dövlətlərin milli valyutalarının devalvasiyaya uğramasını şərtləndirib. Azərbaycan dövləti isə bunun qarşısını almaq üçün qısa zaman kəsiyində effektiv tədbirlər görərək bu prosesdən minimal itki ilə çıxmağı planlaşdırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən, ölkəmizdə 2015-ci il dekabrın 21-dən etibarən “üzən məzənnə” rejiminin tətbiqinə başlanılması da bu tədbirlərdəndir. Mərkəzi Bankın yaydığı bəyanatda da bildirilir ki, yeni məzənnə siyasətinə keçidlə bağlı qərar uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edilib.
Heç şübhəsiz, dünyada iqtisadi fəallığın aşağı düşməsinin əsas səbəbləri məhz siyasi amillərlə bağlıdır. Eyni zamanda, milli valyutamız olan manatın da ötən ilin son ongünlüyündə devalvasiyaya uğraması birmənalı şəkildə daxili amillərlə deyil, makroiqtisadi sabitliyə qarşı yaranan xarici təhdidlərlə əlaqədardır. Daha doğrusu, dünyanın beynəlxalq iqtisadi, eləcə də siyasi münasibətlər müstəvisində baş verən hadisələr manatın devalvasiyasını qaçılmaz etdi.
Məsələ ilə bağlı fikirlərini bildirən ekspertlər də qeyd edirlər ki, dünyada baş verən proseslər neft bazarında qiymətlərin enməsinə ciddi təsir göstərib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, manatın devalvasiyasını şərtləndirən amillər arasında siyasi səbəblər də yer alır. Millət vəkili dünyada baş verən qarşıdurmaların miqyasının genişlənməsinin, güc mərkəzlərinə çevrilmiş dövlətlərin maraqları uğrunda apardıqları mübarizənin nəticəsi olaraq belə bir mənzərənin ortaya çıxdığını deyib: “Nəzərə almaq lazımdır ki, 2008-ci ildən bəri zəif şəkildə davam edən maliyyə böhranı, neftin qiymətində eniş yaşanması 2015-ci ildə pik həddinə çatdı. Bunun da səbəbləri bəllidir. Beynəlxalq maliyyə böhranının dərinləşməsində və miqyasının daha geniş arealı əhatə etməsində bir sıra dövlətlərin qəbul etdikləri siyasi qərarların böyük rolu oldu. Bir sıra neft ixracı ilə məşğul olan dövlətlərdə hərbi qarşıdurmaların başlanması bu fikri təsdiqləyir. Bundan başqa, əsas neft idxal edən böyük dövlətlərin iqtisadiyyatında müşahidə olunan azalma da bazarda neftə olan tələbi azaltdı. Nəticədə Azərbaycan manatının da devalvasiyaya uğraması qaçılmaz idi. Bu proses istər ərazisinə, istər əhalisinə görə bizi qabaqlayan dövlətlərdə də baş verməkdədir”.
E.İbrahimov onu da qeyd edib ki, devalvasiya nəticəsində ortaya çıxan yeni iqtisadi situasiya ilə bağlı addımlar atılır. Millət vəkili deyib ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ölkə Prezidenti İlham Əliyevin çıxışı çox mühüm tapşırıqları, mesajları ilə yadda qaldı: “Dövlət başçısının çıxışı həm də bir daha onu göstərdi ki, devalvasiyadan, “üzən məzənnə”yə keçilməsindən sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur. Görülən tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən aparılan son dərəcədə düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu ağır sınaqlardan uğurla, ləyaqətlə, üzüağ çıxacağıq”.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, manatın devalvasiyasının arxasında dayanan səbəblər hər kəsə yaxşı bəllidir. Onun sözlərinə görə, 2008-ci ildən başlanan maliyyə böhranı zamanı belə Azərbaycan dövləti iqtisadi təhdidlərin ölkəmizə təsirlərini aradan qaldırmaq üçün müvafiq addımlar atdı, qoruyucu tədbirlər gördü: “Artıq baş verənlərin miqyasının daha da böyüməsi, eləcə də neftin qiymətinin kəskin şəkildə azalması, siyasi amillərin önə çıxması situasiyanı dəyişib. Bu gün dünyada çox böyük və dərin siyasi böhranlar yaşanmaqdadır. Yaxın Şərqdəki, Mərkəzi və Şərqi Avropadakı siyasi böhranlar, Suriya və digər ərəb ölkələri ilə bağlı baş verənlər dünyanın siyasi mənzərəsini dəyişməklə yanaşı, iqtisadiyyata da öz mənfi təsirlərini göstərməkdədir. Təbii ki, dünya iqtisadiyyatının bir parçası olaraq Azərbaycan iqtisadiyyatı da bu təsirləri hiss etməkdədir. Bu mənada ölkəmizdə manatın devalvasiyası qaçılmaz idi. Bu proses istər yaxın qonşuluğumuzda, istərsə də digər regionlarda yerləşən ölkələrdə də baş verir. Rusiya, Qazaxıstan kimi ölkələrlə müqayisədə Azərbaycanda devalvasiya prosesi daha ağrısız keçir. Bunu iqtisadi mərkəzlər, ekspertlər də təsdiqləyir. Digər tərəfdən, devalvasiyanın təsiri nəticəsində ortaya çıxan zəruri problemlərin həlli istiqamətində ölkə Prezidentinin rəhbərliyi altında mühüm addımlar atılır, tədbirlər görülür. Ən əsası, sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların problemlərnin həlli istiqamətində işlər aparılır”.
Millət vəkili dünyada gedən bu prosesin ortaya çıxardığı situasiyadan ölkəmizdə öz xeyri üçün istifadə etmək istəyən möhtəkirlərin cəzalandırılması yönündə də inzibati tədbirlərin görüldüyünü deyib. M.İbrahimqızı bildirib ki, yerli istehsal məhsullarının qiymətlərinin süni şəkildə qaldırılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür: “Bu məsələ diqqət mərkəzindədir. İnanıram ki, bu situasiya uzun çəkməyəcək və Azərbaycan dövləti bu çətinlikləri adlayacaq. Hesab edirəm ki, dünyada baş verən mənfi tendensiyaların ortaya çıxardığı hazırkı vəziyyətdən uğurla çıxacağıq”.
Millət vəkili Rauf Əliyev də Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövlətinin və xalqının bir neçə ildir ki, dünya ölkələrini bürüyən iqtisadi, maliyyə və siyasi böhrandan maksimum dərəcədə qoruna bildiyini önə çəkib. Onun sözlərinə görə, dünyada baş verən bir sıra siyasi proseslər, hərbi qarşıdurmalar qlobal iqtisadi böhranın dərinləşməsinə öz təsirini göstərməkdədir. R.Əliyev bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir: “Əlbəttə, dünya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. Manatın digər valyutalar qarşısında devalvasiyaya uğramasının arxasındakı səbəblərin sırasında neftin qiymətinin ucuzlaşması ilə yanaşı, ayrı-ayrı ölkələrin, dünyanın siyasi güc mərkəzlərinin siyasi ambisiyaları və qarşıdurmaları dayanır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi də birbaşa bizim ölkəmizin də milli gəlirlərinin aşağı düşməsinə səbəb olur.
2015-ci ildə ümumdünya böhranı bir qədər də dərinləşdi. Yəni Azərbaycan manatının devalvasiyaya uğraması da məhz bu proseslərin ortaya çıxardığı qaçılmaz bir hal idi”.
R.Əliyev bildirib ki, Azərbaycan hökuməti böhranın təsirlərindən dövləti və xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirlər həyata keçirib və keçirməkdədir: “Azərbaycan hökuməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən antiböhran tədbirləri həyata keçiriləcək. 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərrüfatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

