Siyavuş Novruzov: Korrupsiya ilə məşğul olanlar ciddi şəkildə cəzalanacaqlar
28.01.2016 [10:00]
“Azərbaycanda ötən illər ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi şəkildə mübarizə aparılıb və bu məsələ bu gün də diqqət mərkəzindədir”.
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, aparılan işlər nəticəsində ölkədə korrupsiya və rüşvətxorluq halları xeyli dərəcədə azalıb: “Hər kəs qanun qarşısında bərabərdir. Kimsə qanunu pozacaqsa, korrupsiya, rüşvətxorluqla məşğul olacaqsa, onlar ciddi şəkildə cəzalanacaqlar”.
S.Novruzov bildirib ki, Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi tapşırıqlar verdi: “Sahibkarların regionda sahibkarlıq fəaliyyətinə bəzi icra başçıları tərəfindən şərait yaratmaq əvəzinə, onlara maneələr yaradılırdı. Təbii ki, bu, hamısına deyil, bəzi məmurlara aiddir. Bu baxımdan göstəriş verildi ki, sahibkarlara şərait yaradılsın, istifadə olunmayan torpaqlardan ciddi şəkildə istifadə olunsun. Hər bir istehsal sahəsi haqqında Prezident İlham Əliyev göstəriş verdi ki, nəinki daxili bazarı təmin etməliyik, həm də ixrac etməliyik”.
S.Novruzov deyib ki, Azərbaycanda neftdən gələn gəlirlər hesabına xeyli sayda işlər görülüb: “Çoxlu sayda yeni məktəblər, xəstəxanalar tikilib, elektrik stansiyaları istifadəyə verilib ki, bu da Azərbaycana nəinki özünü tam elektrik enerjisi ilə təmin etmək, başqa ölkələrə satmaq imkanı da verib. O cümlədən infrastruktur layihələri həyata keçirilib, yeni yollar, körpülər tikilib və digər sahələrdə böyük işlər görülüb. Bundan sonra daxili bazarın gücləndirilməsinə, yerli məhsulların yüksək keyfiyyətlə istehsal olunmasına, daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac olunmasına diqqət artırılmalıdır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58

