Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib
02.02.2016 [09:54]
Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra görkəmli akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra plenar iclasın gündəliyi təsdiqlənib.
İclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub. Belə ki, İntizam komissiyasının yeni tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil olublar. Hesablayıcı komissiyasının yeni tərkibinə isə Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil olublar.
İclasda, həmçinin parlamentin komitələrinin yeni üzvləri seçilib. Belə ki, Milli Məclisin bu yaxınlarda daxili nizamnaməsinə edilən dəyişikliyə əsasən bir deputat eyni zamanda iki komitənin üzvü ola bilər. Buna görə də bir komitədə təmsil olunan deputatlar digər komitələrdə də təmsil olunmaq üçün müraciət ediblər.
Sonra Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Qanunvericilik işləri planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında Konstitusiya qanununun layihəsi, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr”, “Hərbi qulluqçuların statusu”, “Lisenziyalar və icazələr”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri”, “Kənd təsərrüfatı kooperasiyası”, “Elm haqqında”, “Məktəbəqədər təhsil”, “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması”, “Psixoloji yardım”, “Reproduktiv sağlamlığın qorunması”, “Kinemotoqrafiya”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi”, “Hesablama Palatası”, “Daxili qoşunların statusu”, “İctimai nəzarət” haqqında qanun layihələri daxildir.
Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.
Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında qanunun layihəsi barədə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələri nəzərdən keçirilib.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair”, “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.
Deputatlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini də nəzərdən keçiriblər. Bildirilib ki, yeni qanun layihəsinə əsasən Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsinin ikinci cümləsində “10 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilir.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinə əsasən sənədin 2.2-ci maddəsində “3 il” sözləri “4 il” sözləri ilə əvəz olunur.
Plenar iclasda “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanunun layihələrinə, həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanunun layihələri də müzakirə edilib.
Layihələr səsə qoyularaq qəbul olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

