Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub
25.02.2016 [10:08]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
Fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimatda iştirak edib.
Muzeyin direktoru Rita Paris Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və digər qonaqları salamlayıb.
Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu deyib. “Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik”, - deyən F.Biskonti iştirakçılara katakombalardakı freskaların mövzusu barədə də məlumat verib.
Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi olub. Filmdə bərpa işlərinin gedişi və onun texniki-yaradıcı tərəfləri barədə geniş məlumat verilib, Heydər Əliyev Fonduna dünya mədəni irsinin qorunmasında, həmçinin katakombaların bərpasındakı xidmətlərinə görə minnətdarlıq ifadə olunub.
Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğulayıb. Müsəlman ölkəsi olan Azərbaycanın Heydər Əliyev Fondu isə bu mənəvi dəyərin yaşamasına böyük dəstək verib. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını deyən kardinal Ravazi yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırıb.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. O, Azərbaycanın ünvanına səslənən xoş sözlərə görə bir daha təşəkkürünü bildirib. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya mədəni irsinin qorunmasındakı fəaliyyətindən danışan Mehriban Əliyeva ölkəmizin hər zaman dinlər və mədəniyyətlər arasında körpü olduğunu deyib. Bu gün də ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşadıqlarını vurğulayan Mehriban Əliyeva deyib: “Əziz mərasim iştirakçıları, ilk növbədə mən sizin hər birinizi salamlayıram. Bu gün bu mərasimdə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.
Mən layihənin belə gözəl təqdimatına görə sizə təşəkkür edirəm. Çox ətraflı və maraqlı təqdimat oldu. Heydər Əliyev Fondu haqqında və mənim fəaliyyətim barədə deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çox geniş qardaşlıq, dostluq, əməkdaşlıq qurulub. Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq ümumi əməkdaşlığımızın bir hissəsidir. Mən bu əməkdaşlığın qurulmasında kardinal Ravaziyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illər keçirilən bütün tədbirləri yenidən sadalayaraq təkrarlamaq istəmirəm, amma qeyd etmək istəyirəm ki, bu əməkdaşlığın möhkəmləndirilməsində hörmətli kardinal Ravazinin xüsusi rolu vardır. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məsələsini də məhz kardinal Ravazi təklif etdi və biz bu layihəni birlikdə sona çatdırdıq. 2014-cü ildə mənə həmin katakombaları görmək nəsib oldu və unudulmaz hisslər keçirdim. Orada aparılan bərpa işləri ilə tanış oldum və həm müasir texnologiyalardan istifadə edildiyini, həm də orada işləyən insanların çox incə əl işlərini gördüm. Fürsətdən istifadə edərək katakombaların bərpasında əməyi olan hər bir insana, xüsusilə də professor Biskontiyə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli dostlar, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmuşdur. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb.
Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dini münasibətlər çox sağlam zəmində qurulub. Biz bütün dini tədbirləri, bayramları birgə keçiririk. Bizim din xadimlərimiz hər zaman birlik nümayiş etdirir. Əlbəttə, cəmiyyətdə hökm sürən tolerantlıq və dözümlülük ab-havası Azərbaycan xalqının yaşam tərzidir.
Əfsuslar olsun ki, son zamanlar dinlərarası münasibətlərdə böhran yaşayır. Biz islamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsini görürük. Dini zəmində qanlı toqquşmalar, münaqişələr baş verir. Minlərlə günahsız insan həlak olur, milyonlarla insan öz doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalır. Eyni zamanda, sərhədlər bağlanır, antimiqrant meyilləri güclənir. Əminəm, bu hallar bizim hər birimizi narahat edir və bu gün Azərbaycanın dünyaya mesajı ondan ibarətdir ki, multikulturalizm mümkündür. Azərbaycanda müşahidə olunduğu kimi, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar, müxtəlif mədəniyyətlərin nümayəndələri birgə sülh və qardaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycan müsəlman aləminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir. Bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları böyük uğurla keçirildi. Bu Oyunlarda Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı iştirak etdi. 2017-ci ildə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu, bizim Qərb və Şərq dəyərlərinə eyni mövqedən yanaşdığımızın və ayrı-seçkilik etməməyimizin sübutudur.
Hörmətli qonaqlar, mən çox şadam ki, bu gün biz bir layihəni başa çatdırırıq, eyni zamanda, digər layihəyə start veririk. Yəni, bizim əməkdaşlığımız davam edir. Fikrimcə, belə münasibətlər, belə əlaqələr dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah formasıdır. Mən bu gün fəxr edirəm ki, Azərbaycan dövləti xristian abidələri sırasında öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verib. Bərpa işlərində əməyi olan hər bir insana bir daha dərin minnətdarlığımı bildirirəm. Hörmətli kardinal Ravaziyə bu əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Bizim gələcək əməkdaşlığımıza böyük ümidlərlə baxıram. Çox sağ olun”.
* * *
Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış olub. İtaliya paytaxtının ən məşhur muzeylərindən biri olan Massimo Sarayında klassik dünya incəsənətinin kolleksiyaları toplanıb. Muzeydə qədim Roma mədəniyyətinin eramızdan əvvəl II əsrindən eramızın V əsrinədək olan dövrünə aid heykəltəraşlıq nümunələri, freskalar, mozaikalar, sikkələr və müxtəlif qızıl işləmələr qorunur. Muzeyin önəmi burada tarix, mifologiya və qədim Romanın gündəlik həyatını eyni vaxtda vəhdətdə görməyin mümkünlüyüdür. Eyni zamanda, qədim yunan heykəlləri, respublika və imperiya dövrünə aid portretlər, Augusto Pontefice Massimonun heykəli də muzeyin qiymətli inciləri sırasındadır. Birinci mərtəbədə heykəltəraşlığın şah əsərləri nümayiş olunur. Freska və mozaikaların üstünlük təşkil etdiyi divarlar, varlı Roma malikanələrinin ev dizaynını əks etdirən əsərlər isə ikinci mərtəbədədir. Burada geniş sikkə kolleksiyası, həmin dövrə aid mebellər və ləl-cavahiratlar da qorunur.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və kardinal Ravazi katakombaların bərpadan sonra rəmzi açılışını bildirən lenti kəsiblər.
Girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını bildirən lövhənin üzərindən ağ örtük götürülüb.
Katakombalarla tanışlıq zamanı bildirilib ki, 2012-ci ildən etibarən həyata keçirilən bərpa işləri ən yüksək səviyyədə icra olunub. Bərpa zamanı innovativ metodlardan, müasir texnologiyalardan istifadə edilib.
Qeyd edək ki, Müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırıb. Əvvəllər Romada Müqəddəs Sebastian kilsənin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Ümumilikdə, ilkin xristianlıq dövründə ən məşhur katakombalar məhz İtaliyada olub. Mənbələrə əsasən, Romadakı katakombalar çox qədim şəbəkəyə malik olub. Bu katakombaların uzunluğu 150-170 kilometr təşkil edir və burada hesablamalara görə 750 minə yaxın insan dəfn olunub. Katakombalar tikintisinin maraqlı üslubu ilə diqqət çəkir. Burada insanları cəmiyyətdə tutduğu vəzifə və mövqeyə görə dəfn edirdilər. IX əsrdən sonra Roma katakombalarını ziyarət edənlərin sayı azalır. Demək olar ki, 600 il onlar haqqında məlumat olmur. XVI əsrdə katakombaların araşdırılmasına yenidən başlanılır. 1578-ci ildə qazıntı aparan fəhlələr üzərində yazı və şəkillər olan daş plitələrə rast gəlirlər. Bu hadisə Roma katakombalarının mövcudluğu barədə ictimaiyyətə yenidən məlumat verir.
Katakombalarda araşdırma işləri XIX əsrdən etibarən yenidən genişlənir. Tarixi mənbələrə əsasən, katakombalar II-IV əsrlərdə xristianlar tərəfindən dini ayinlərin icrası və dəfn mərasimləri üçün istifadə olunub. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən katakombaların bərpası ilə bağlı layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.
Xatırladaq ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.
Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

