/ / Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır
05.03.2016 [11:35]
Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib
Martın 4-də Bakıda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Apellyasiya Şuraları Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Apellyasiya Şuralarına çox vacib funksiyaların yerinə yetirilməsi həvalə olunub. Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.
Eldar Nuriyev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi məqsədilə Fərman qəbul olunduqdan dərhal sonra texniki-təşkilati tədbirlərin icrasına başlanılıb, işlərin sistemli və ardıcıl aparılması üçün Tədbirlər Proqramı təsdiqlənib.
“Qısa müddət ərzində şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və Şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və Şuranın rəsmi saytının xəritəsi yaradılıb. Eyni zamanda, şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair Metodiki Təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”, - deyə Eldar Nuriyev bildirib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır. Son bir neçə gündə Şuraya xeyli sayda şikayətlər daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Qeyd edilən nöqsanların aradan qaldırılması, əhalinin maarifləndirilməsi, şikayətlərə baxılması qaydaları barədə məlumatlandırılması məqsədilə ölkədə fəaliyyət göstərən informasiya agentliklərində, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində müsahibələr dərc olunub, şura üzvlərinin iştirakı ilə televiziya efirində “dəyirmi masa”lar təşkil edilib.
“Bununla belə, şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirənin iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”, - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri vurğulayıb.
Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.
Seminar-müşavirədə qarşıda duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib. Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən hazırlanan Metodiki Təlimatların təqdimatı keçirilib.
Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyətlərində yaradılmış şuraların fəaliyyəti üçün zəruri olan texniki-təşkilati, informasiya təminatı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Daha sonra seminar-müşavirə qarşılıqlı diskussiya şəraitində davam etdirilib.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

