Baş nazirlərin görüşündə Azərbaycan-Macarıstan əməkdaşlığının perspektivləri müzakirə olunub
08.03.2016 [10:25]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 5-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş nazirlərinin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Baş nazir Artur Rasizadə macarıstanlı həmkarı Viktor Orbanı və başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanın və Macarıstanın dost dövlətlər olduğunu vurğulayan Artur Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan ilə əməkdaşlığa önəm verdiyini söyləyib. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycanın Baş naziri iqtisadi sahədə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın işini yüksək qiymətləndirən Artur Rasizadə artıq konkret nəticələrin əldə olunduğunu vurğulayıb.
Macarıstanın əldə etdiyi uğurların məmnunluq doğurduğunu bildirən Baş nazir Artur Rasizadə Azərbaycanda da siyasi sabitliyin hökm sürdüyünü, iqtisadiyyatın inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycan iqtisadiyyatında enerji sektorunun önəmli yer tutduğunu qeyd edərək bildirib ki, son on il ərzində bu sahədən əldə olunan gəlir hesabına ölkəmizdə böyük infrastruktur yaradılıb, mühüm sosial layihələr həyata keçirilib. Bu, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün bir bazadır.
Görüşdə Macarıstan nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Baş nazir deyib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilməyib. ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
Baş nazir Viktor Orban ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın çətin vəziyyətlə üzləşdiyini xatırladığını deyən Macarıstanın Baş naziri bu gün ölkəmizdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb. Bu gün Azərbaycanın sabit və güclü dövlət olduğunu deyən Baş nazir Viktor Orban bildirib ki, ölkələrimiz arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün kifayət qədər imkanlar var.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra sənədlər imzalanıb.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Macarıstanın milli iqtisadiyyat naziri Mihali Varqa imzalayıblar.
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
“Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”nu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
“Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu”nu bu ali məktəblərin rektorları Asəf İsgəndərov və Ferents Savai imzalayıblar.
Xəbər lenti
Hamısına baxElm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16

