Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Franko Frattini: Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir

Franko Frattini: Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir

11.03.2016 [10:16]

Müxtəlif ölkə liderlərini bir araya gətirən bu forum çox əhəmiyyətli tədbirdir. Forumun Azərbaycanda keçirilməsi çox vacibdir. Çünki Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir.
AZƏRTAC xəbər verir ki, bunu paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini jurnalistlərə açıqlamasında deyib.
Avropalıların Azərbaycana marağının get-gedə daha da artdığını vurğulayan sabiq nazir bildirib ki, hər dəfə Bakıya gələndə bir yenilik görür, istər infrastruktur dəyişikliyinin, istərsə də yaşayış səviyyəsinin artdığının şahidi olur. Bakıda özünü tam təhlükəsiz hiss edir.
Franko Frattini deyib: “Azərbaycan bizim həm siyasi və iqtisadi, həm də mədəni tərəfdaşımızdır. İtaliya Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin də çıxışında dediyi kimi, qaz kəməri Bakı ilə İtaliyanı birləşdirəcək. Bu, çox önəmlidir. Çünki Azərbaycan enerji nəqlində əhəmiyyətli ölkədir”.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31