Avropa Azərbaycan Cəmiyyətinin yaradılmasının 10 illik yubileyi qeyd edilib
17.03.2016 [10:11]
Martın 16-da Avropa Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaradılmasının 10 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, digər dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Avropa Azərbaycan Cəmiyyətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov çıxış edərək qurumun yaranma tarixindən danışıb. O bildirib ki, Avropa Azərbaycan Cəmiyyəti 2006-cı ildə Böyük Britaniyada təsis edilən London Azərbaycan Cəmiyyətinın əsasında yaradılıb. Cəmiyyətin Londonda Baş ofisi, Bakı, Paris, Berlin, Brüssel, Strasburq və İstanbul şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir.
Qeyd edilib ki, 10 il ərzində bu qurum Qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə töhfəsini verib, ölkəmizin uğurlarını təbliğ edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqq işinin müdafiəsinə dəstək təşkilatın fəaliyyətində əsas strateji xətti təşkil edib. Ötən illər ərzində Avropa dövlətlərinin parlamentlərində və siyasi mərkəzlərində ölkəmizlə bağlı çoxsaylı tədbirlər keçirilib. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər təşkil edilib, Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, xarici müəlliflər tərəfindən hazırlanmış “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab ingilis, fransız, türk və rus dillərində işıq üzü görüb. Avropa ölkələrində azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin həyatını işıqlandırmaq məqsədilə tanınmış fotoqraflar Filip Rasmer və Ed Kaşi Azərbaycana dəvət olunublar. Onların çəkdikləri fotolar Avropa dövlətlərinin paytaxtlarında sərgilənib. Xocalı soyqırımı törədilən vaxt Azərbaycanda olan və bu barədə fotolar çəkən məşhur fransız fotoqrafı Frederik Lenqiaiqnenin ilk dəfə sərgisi keçirilib. Cəmiyyət tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə dair ingilis, türk, rus və digər dillərdə 20-dən artıq kitab nəşr edilib. Qurum Avropanın nüfuzlu media təmsilçilərinin Azərbaycanla yaxından tanış olması üçün ölkəyə press-turların təşkilinə də öz töhfəsini verib. Azərbaycanda elm və təhsilin inkişafına töhfə verilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir. Cəmiyyətin tərkibində yaradılan Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi Azərbaycan tarixinin aktual problemləri üzrə Böyük Britaniya, Türkiyə və Rusiya arxivlərindən aşkar edilmiş nadir sənədlərdən ibarət topluları nəşrə hazırlayıb, ölkənin nüfuzlu elm adamlarının əsərlərinin çapına dəstək verib. 2011-ci ildə Cəmiyyət Azərbaycanda orta təhsilin inkişafına dəstək məqsədilə Avropa Azərbaycan Məktəbi, 2014-cü ildə təhsil üzrə xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Müəllim İnkişaf Mərkəzi təsis edib. Cəmiyyət 2014-cü ildə Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid onlarla kitabın nəşr olunduğu “TEAS Press” Nəşriyyat evini yaradıb. Ötən il “TEAS Press”in Türkiyə bölməsi də yaradılıb. Qurumun Kembric Beynəlxalq İmtahan Mərkəzi, Oksford Universiteti Nəşriyyatı ilə birgə Avropa Dillərinin Tədrisi Mərkəzi fəaliyyətə başlayıb.
Diqqətə çatdırılıb ki, Avropa Azərbaycan Cəmiyyətinin təsis etdiyi “Visions of Azerbaijan” jurnalı ölkənin ingilisdilli mətbuatı sırasında mühüm yer tutur. 2006-cı ildən bu günədək jurnalın 250 min nüsxədən ibarət 50-dən çox sayı işıq üzü görüb. Jurnal dünyanın məşhur kitabxanalarının fondlarına və kataloqlarına daxil edilib. Jurnalın saytı isə qlobal internet məkanında Azərbaycan haqqında ən böyük ingilisdilli resurslardan hesab edilir. Aprel ayından jurnalın hər ay rəqəmsal TV formatında yayılması planlaşdırılır.
Sonra tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Daha sonra “Visions of Azerbaijan”ın ilk redaktoru Anne Tompson Əhmədova çıxış edərək jurnalın fəaliyyəti haqqında danışıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

