BMT-nin mənzil qərargahında “İpək Yolu-2030” layihəsi ilə bağlı simpozium keçirilib
30.03.2016 [11:17]
Nyu-Yorkda, BMT-nın mənzil qərargahında Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin BMT-dəki daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “İpək Yolu-2030” layihəsi üzrə simpozium keçirilib.
Tədbirdə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, türk dünyasının görkəmli simaları, tanınmış alimlər iştirak ediblər.
Simpoziumda çıxış edənlər bildiriblər ki, yeni “İpək Yolu” layihəsi Avrasiya qitəsində Şərqdən Qərbə - Çindən Mərkəzi Asiyaya, Xəzər regionu və Türkiyəyə qədər ticarət yollarını yenidən birləşdirməklə yanaşı, həmçinin ölkələr arasında iqtisadi, siyasi və mədəni inkişaf sahəsində böyük rola malik olacaq.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris layihə ilə bağlı deyib: “Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında uzun müddətdir ki, dostluq əlaqələri qurulub. Son on ildə doqquz dəfə Bakıda olmuşam. Azərbaycan ABŞ üçün çox əhəmiyyətli bir ölkədir. Təşkilatımızın əsas məqsədlərindən biri də odur ki, biz Azərbaycan ilə ABŞ arasında daha sıx əməkdaşlıq əlaqələri yaradaq. Onu da qeyd edim ki, yeni İpək Yolu” layihəsində Azərbaycanın əvəzolunmaz yeri var”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva simpoziumda çıxış edərək bildirib ki, tarixi “İpək Yolu” üzərində yerləşən Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən dövrdə Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirib. 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
Tədbirin sonunda türk dünyasının görkəmli alimlərinə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

