/ / Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə tarixdə “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə dinlənilib
Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə tarixdə “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə dinlənilib
29.04.2016 [10:07]
İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya parlamentində tarixdə “Dunsterforce” adı ilə tanınan, XX əsrin əvvəllərində Cənubi Qafqazda və Bakıda əməliyyatlarda iştirak edən hərbi bölmə haqqında mühazirə dinlənilib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri, professor Nərgiz Paşayeva və həmkarı Lord German tədbirə toplaşan qonaqları salamlayıblar.
Mühazirədə İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın və Azərbaycanın ictimai və elm xadimləri iştirak ediblər.
Tədbiri açan İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German Azərbaycan xalqına müraciət edərək bildirib: “Biz, İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, Dağlıq Qarabağ münaqişə zonasında son zamanlar baş vermiş, insan tələfatı, dağıntı və xəsarətlərlə nəticələnən hadisələrdən çox narahat olduq. Azərbaycan xalqının dinc yaşaması və bu münaqişənin tezliklə həll olunmasına çox ümid edirik”.
Lord German tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri olduğunu vurğulayaraq bu haqda mühazirə dinləməyin çox maraqlı olacağını bildirib. O, həmsədr həmkarı professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirərək sözügedən tarixi hadisə haqqında məlumatlanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə britaniyalı vəkil və tarixçi Alum Bati məruzəçi olaraq iştirak edib. A.Bati Britaniyanın fərqli universitetlərində tarix və hüquq ixtisası üzrə təhsil alıb. Öz sahəsı üzrə bir çox kitab və elmi əsərlərin, o cümlədən “Visions of Azerbaijan” jurnalında “1918: Azərbaycan müharibədə” adlı məqalənin müəllifidir. Azərbaycanda Britaniya biznes qrupunun baş katibi, Britaniyanın Azərbaycandakı 4 səfirinin fəxri hüquq məsləhətçisi və Azərbaycanla bağlı bu kimi bir çox önəmli vəzifələrdə çalışıb. A.Bati Azərbaycan parlament komissiyasında fəaliyyət göstərən yeganə xarici vətəndaşdır.
A.Bati məruzəsində tarixdə “Dunsterforce” adlanan hadisə haqqında arxiv sənədləri, foto və video çəkilişlərlə iştirakçılara ətraflı məlumat verib. Adını bölməyə rəhbərlik edən britaniyalı general Lionel Çarlz Denstervildən alan bu hərbi bölüm 1917-ci ildə yaradılıb. General Denstervil xatirələrində bölməni “Dunsterforce” adlandırıb. Bölmə haqqında sənədlərin bir çoxu günümüzə qədər gəlib çatmayıb. A.Bati məruzəsində general L. Denstervilin Bakıda apardığı hərbi əməliyyatlara xüsusi diqqət yetirib.
Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946) Londonda doğulub, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində alıb. Məktəb illərində onun yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı R.Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açdığı avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının - diribaş Stalkinin prototipi kimi Denstervili təsvir etmişdi.
Hərbi, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Don hövzəsu, Qafqaz və Türküstana nəzarət Britaniya hökumətinin strateji planlarına daxil idi. Polkovnik Denstervil də məhz bu səbəbə görə buraya yola düşmüşdü.
Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin və imperiya maraqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoymuşdu. Denstervil isə Ənzəli və Bakı limanlarına, Xəzərin qərb sahillərinə nəzarəti təmin etməli, Tiflisdə müttəfiq dövlətlərlə iş birliyi qurmaq istəyən qüvvələrlə əlaqə yaratmalı idi. Növbəti il yanvarın ilk günlərində ona general-mayor rütbəsi verilərək, tarixə “Densterforce” (“Denstervil ordusu”) adi ilə düşən elitar hərbi birləşmənin formalaşdırması tapşırıldı. Təşkilinə bir neçə gün sonra Bağdadda başlanan, İranda davam etdirilən və Bakıya daxil olan zaman ümumi sayı təxminən 1000 nəfər əsgər və zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb cəbhələrinin seçmə hissələrinin hərbi qulluqçuları daxil edilmişdi. Burada britaniyalılarla yanaşı, avstraliyalı, kanadalı və yeni zelandiyalılar da var idi.
Hərbi missiyanın təşkilində məqsəd Qafqaza və Mərkəzi Asiyaya can atan alman-türk qüvvələrinin Böyük Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan və Hindistan üçün yarada biləcəkləri mümkün təhlükənin qarşısını almaq idi. Rusiya Birinci Dünya müharibəsindən çıxdıqdan sonra bu təhlükə daha real görünürdü. “Dunsterforce” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də, regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.
“Dunsterforce”un ilk tarixçisi ingilis generalının özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli gündəlik aparmışdı. Cari qeydləri, topladığı çoxsaylı sənəd və materiallar, habelə şəxsi müşahidələri əsasında 1920-ci ildə Londonda “The Adventures of Dunsterforce” (“Densterfors”un macəraları”) kitabını çap etdirmişdi.
General Denstervil inqilab komitəsində keçirdiyi gərgin görüşdən sonra gündəliyində yazırdı: “Bolşeviklər bizə Bakıya getməklə bağlı hətta hər hansı təşəbbüsü də yasaq edirlər. Bakı bolşevik hökumətinin əlindədir, gəlmək xəbərimizi eşidərək radio ilə nəyin bahasına olursa olsun, bizi tutub saxlamaq barəsində əmr göndəriblər”.
Bağdad və Londonla apardığı məsləhətləşmələr zamanı generala hələlik Həmədanda gözləmək, İran tərəfinin bütün addımlarını nəzarətdə saxlamaq və imkan yaranan kimi Cənubi Qafqaza doğru hərəkət etmək əmri verilmişdir. General Denstervil isə məcburi fəaliyyətsizlik günlərində daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti təhlil etməklə vaxtını keçirirdi. Məsələn, 1918-ci ilin aprelində İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan birində general Denstervil Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirmişdi. Cənubi Qafqazdakı vəziyyətlə bağlı təhlillərdə də həqiqətlə səsləşən müəyyən müşahidələr və rasional qənaətlər yox deyil. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində bölgədə ingilis hegemonluğunu təmin etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini qorumaq düşüncəsi dayanırdı.
“Dunsterforce”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən geniş istifadə olunurdu. General Denstervilin ətrafında Bakı aviatorlar məktəbinin məzunları böyük üstünlük təşkil edirdilər.
Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün rus dilini bilməsi işə çox yarayırdı. Kitabındakı və gündəliklərindəki qeydlərdən də göründüyü kimi, bu dil bilgisi ikinci şəxslər olmadan Bakıda faydalı dialoq qurmaq, daim hadisələrin nəbzini tutmaq imkanı yaratmışdı.
Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xüsusi qatarla müvəqqəti paytaxt Gəncədən Bakıya gəldi. Məruzəçi toplaşanlara onu da çatdırdı ki, o dövrdə Bakı bolşeviklərin və Şaumyanın, ermənilərin əlinə keçmişdi və yerli əhali arasında böyük insan tələfatı var idi. Bakının azad edilməsi milli dövlətçiliyimizə cahanşümul töhfə oldu. XX əsr Azərbaycan tarixinin bu ən parlaq səhifəsi Azərbaycan və türk əsgərinin qanı ilə yazıldı.
Beləliklə, “Dunsterforce” üzərinə qoyulan əsas vəzifənin - Bakıda Britaniya nəzarətinin təmin olunması işinin öhdəsindən gələ bilmədi.
Sentyabrın 16-da Denstervil Bağdada dönməsi ilə bağlı teleqram aldı. “Özümü incidilmiş saymıram. Hərbi nazirliyin və Bağdadın süstlüyünə, səhvlərinə baxmayaraq, çətin şəraitdə əla iş gördüm, boş yerdə çox yaxşı nəticələrə nail oldum. Görünür, teleqramlarımdan sonra taleyimi yüngülləşdirmək və mənə hərbi məhkəmə ilə təsir göstərməməkdən başqa yolları qalmamışdı”, - deyə həmin gün o, gündəliyində yazmışdı.
Bu sətirlərdən Britaniya hökumətinin “Dunsterforce”dan narazı, Denstervilin isə çox razı qaldığı aşkara çıxır.
Daha sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin yekununda Nərgiz Paşayeva və Lord German mühazirəçiyə təşəkkürlərini bildirdilər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

