/ / Azərbaycan Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Azərbaycan Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
13.05.2016 [10:13]
Mayın 12-də Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Milli Məclisin sədri Oqtay Əsədovun Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə imzalanıb.
Görüşdə Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Rusiya arasında çox qədim dostluq və qonşuluq münasibətləri mövcuddur. Azərbaycanla Rusiyanın subyekti olan Dağıstan arasında əməkdaşlığın dərinləşməsində Prezident İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin mühüm rolu var. Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir.
Oqtay Əsədov münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirib.
Xalq Məclisinin sədri Xizri Şixsaidov Dağıstanın Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Azərbaycanın böyük oğlu Heydər Əliyevlə Dağıstan nümayəndə heyətlərinin görüşünü məmnunluqla xatırlayaraq bu dahi şəxsiyyəti zəmanəmizin görkəmli siyasi xadimi kimi dəyərləndirib.
Qonaq görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin dünən Mahaçqala şəhərində abidəsinin təntənəli açılışını dağıstanlıların onu daim qəlblərində yaşatmalarının, Dağıstanın inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin bariz nümunəsi kimi qiymətləndirib.
Xizri Şixsaidov dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsində, möhkəmləndirilməsində, eləcə də qanun yaradıcılığı işində Milli Məclisə uğurlar diləyib. Bildirib ki, dağıstanlılar Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini arzulayırlar.
Sonra qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

