Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

19.05.2016 [10:22]

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfir Aksel Vexin Naxçıvana səfərini və ölkəmizin regionları ilə tanışlığını Azərbaycan-Avstriya əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstriyanın Ştiriya federal əyaləti arasında ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri 2007-ci ildə nümayəndə heyəti ilə birlikdə Avstriyaya səfərini və 2009-cu ildə Ştiriya federal əyaləti parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfərini xatırladıb, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Ali Məclisin Sədri iş adamları arasındakı əlaqələrin səmərəli olduğunu və Avstriyanın enerji şirkətləri ilə faydalı əməkdaşlığın qurulduğunu bildirib, əlaqələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyinə inamını ifadə edib.
Naxçıvana nümayəndə heyəti ilə birlikdə səfər etdiklərini bildirən Aksel Vex göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib. Səfər müddətində bir sıra görüşlər keçirdiklərini qeyd edən qonaq Avstriya ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31