/ / Avropalı ekspert dünya ictimaiyyətini Metsamor AES-in təhlükəsinə qarşı ciddi addımlar atmağa çağırır
Avropalı ekspert dünya ictimaiyyətini Metsamor AES-in təhlükəsinə qarşı ciddi addımlar atmağa çağırır
20.05.2016 [10:13]
Avropanın nüfuzlu analitik portallarından biri olan “Moderndiplomacy.eu”da Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükələrindən bəhs edən məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Petra Poseganın müəllifi olduğu məqalədə bəşəriyyətin təhlükəsizliyi üçün bir çox risklərin mövcud olduğu müasir dövrdə nüvə silahı istehsal etmək üçün müvafiq materiallara sahib ölkələrin qarşısını almağın vacibliyi vurğulanır. Qeyd olunur ki, bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar atılmalıdır.
Yazıda, həmçinin Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına istinad edilərək bildirilir ki, Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz ticarətinə görə ilk yerlərdədir. 1999-cu ildən bəri bu ölkədə bir neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda nüvə qaçaqmalçılığına görə saxlanılıb. Dəlillər göstərir ki, qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.
Müəllif yazır ki, aprel ayında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini xeyli təəccübləndirdi. Ekspertin fikrincə, Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir.
Müəllif son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv maddə olan Uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi halların aşkarlandığını qeyd edir. O, bu halların daha çox Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Gürcüstanın Cənubi Osetiya ərazisində baş verməsinin daha böyük təhlükə yaratdığını vurğulayır.
Yazıda, həmçinin Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in istifadə müddətinin bitdiyi, stansiyanın işinə nəzarət edə və sistemdə baş verə biləcək nöqsanları aradan qaldıracaq təhlükəsizlik mexanizminin mövcud olmadığı diqqətə çatdırılır. Bu yaxınlarda 30 illiyi qeyd edilən Çernobıl faciəsinin nümunə göstərildiyi məqalədə Metsamor AES-in də region üçün eyni təhlükəni yaratdığı qeyd olunur. Müəllif yazır ki, istifadə müddəti bitmiş Metsamor kimi sistemlər ya təmir edilənə və müvafiq təhlükəsizlik standartları tətbiq olunana qədər bağlanmalı, ya da lazımi hüquqi tələblərə cavab vermirsə tamamilə ləğv edilməlidir.
Qeyd edilir ki, Metsamor AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yarada bilər. Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. Metsamor AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edilməli və ləğv edilməlidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56

