Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Əfqanıstan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Əfqanıstan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

01.06.2016 [09:48]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 31-də ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar ilə görüşüb.
Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Prezident İlham Əliyevin onu qəbul etdiyini, Azərbaycan dövlətinin başçısının ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğuladığını bildirib.
Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31