Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin növbəti elmi konfransı keçiriləcək
11.06.2016 [09:29]
İyunun 11-də Oksford Universitetinin ən qədim kolleclərindən biri olan “Brasenose”da, universitetin Nizami Gəncəvi Mərkəzinin növbəti elmi konfransı keçiriləcək. Konfrans “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunub.
Konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Nyu-York və Pensilvaniya universitetlərində arxeologiya üzrə aparıcı mütəxəssis, doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopperin elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulub.
Əsas elmi mövzu olaraq, V-XIII əsrləri əhatə edən dövr araşdırılır, arxeoloji qazıntıların nəticələrinin təhlili və yekunu verilir və elmi nəzəri qənaətlərə yol açılır.
Konfransda Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva açılış nitqi ilə çıxış edəcəklər. Oksford Universitetindən, həmçinin tarixi antropologiya üzrə mütəxəssis və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, “Brasenose” kollecinin üzvü, doktor Pol Vordsvors və Oksford Universitetinin Ətraf Mühitin İdarə olunması təşkilatının aparıcı arxeoloqu, doktor Çarlz de Kesnen elmi məruzələrlə çıxış edəcəklər. Alimlərin elmi məruzələri interaktiv təqdimatda nəzərdə tutulub. Məruzələrin qısa xülasəsi Mərkəzin veb-saytında yerləşdiriləcək. Konfrans haqqında ətraflı və əlavə məlumat oxuculara yaxın günlərdə təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26

