AŞPA-da Azərbaycanın multikultural modelindən və gənclər siyasətindən danışılıb
24.06.2016 [10:06]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünənki sessiyası “Mədəniyyət və demokratiya” məruzəsinin müzakirəsi ilə başlayıb.
Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova müzakirələrdə iştirak edib.
Əvvəlcə S.Qafarova erməni deputata cavab verərək Azərbaycanın qədim mədəniyyətə malik olduğunu, qədim mədəni və tarixi irsinin dünyaya bəlli olduğunu söyləyib. Sonra o, müzakirə olunan məsələlərin vacibliyini vurğulayaraq ölkəmizdə multikulturalizmin təşviqi, mədəni və tarixi irsin qorunub saxlanması istiqamətində görülən işlərdən danışıb.
Milli Məclisin deputatı qlobal proseslər və maliyyə böhranının, eləcə də siyasi arenadakı qarşıdurmaların iqtisadiyyata mənfi təsirlərindən söz açıb. O bildirib ki, dini və irqi ayrı-seçkiliyin, terror aktlarının yayılması kimi problemlərə laqeyd qalmaq olmaz. Qeyd edilib ki, Avropa qlobal iqtisadiyyatının rəqabətədavamlılığı və stabilliyi, eləcə də infrastruktur, təhlükəsizlik sahələrində olduğu kimi, mədəniyyət və təhsil sahələrində insan kapitalına da eyni səviyyədə sərmayə yatırmaq və onlara prioritet vermək lazımdır. Bu gün dövlətlər məhdud resurslardan daha səmərəli istifadə etmək yox, həm də mədəniyyət və təhsilə lazımi diqqət ayırmaq və siyasi prioritet vermək üçün yollar tapmalıdır. Deputat Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü tədbirlərdən söz açaraq Qərb və Şərq mədəniyyətlərini özündə birləşdirən ölkəmizin mədəni irs baxımından zəngin olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin multikulturalizm, milli mədəniyyətin inkişafı üçün səmərəli və kompleks tədbirlər gördüyünü, mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyəti təşviq etdiyini diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü 2014-cü ildə ölkəmizdə Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Bilik Fondunun təsis edildiyini vurğulayıb. Bildirib ki, bu qurumların əsas məqsədi müxtəlif ölkələrin multikulturalist modelinin sosial, siyasi və digər aspektlərinin Azərbaycan multikultural modeli ilə uyğunluğunu, eləcə də qloballaşma şəraitində baş verən prosesləri təhlil etmək, elmi, texniki, sosial-iqtisadi və humanitar bilikləri möhkəmləndirməkdir. S.Qafarova 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. O, təhsilin mədəniyyət və demokratiya sahələrində oynadığı böyük roldan, istedadlı gənclərə dövlət dəstəyinin vacibliyindən danışıb.
Milli Məclisin deputatı Azərbaycanda gənclər siyasəti sahəsində qanun qəbul edildiyini və xüsusi dövlət proqramının həyata keçirildiyini, bu sənədlərin gənclərin inkişafı sahəsində xüsusi tədbirləri əks etdirdiyini bildirib.
Gənclərin potensialının inkişafının təşviq və təbliği, gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, onların fəaliyyətinin və idarəçilik qabiliyyətinin motivasiyası məqsədilə Gənclər Fondu təsis edildiyi diqqətə çatdırılıb. Hər il yüzlərlə gəncin xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirildiyi bildirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü radikallaşmanın qarşısının alınması, demokratik vətəndaşın formalaşması sahəsində vətəndaş cəmiyyətinin hüquq və imkanlarının genişləndirilməsi üçün mədəniyyət və təhsilin güclü vasitələr olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

