Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb
29.06.2016 [10:05]
İyunun 27-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və bir qrup məzunun iştirakı ilə keçirilən tədbir xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-leytenant Nizam Osmanov 2016-cı il məzunlarının keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi məqsədilə son dövrlərdə aparılan islahatlar və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə qısa məlumat verib. O, hərbi təhsil sahəsinə göstərilən diqqətə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edib. Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışıb. Qeyd edilib ki, döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir.
Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi davam edir.
Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb. General-polkovnik Z.Həsənov qeyd edib ki, hadisələr dövlətimizin, xalqımızın qüdrətini, Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə Silahlı Qüvvələrimizin şəxsi heyətinin fəaliyyətinə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verdi.
Çıxışına gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır. “Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız”, - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.
Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunları adından çıxış edən leytenant Rəşad Cəlalov təhsil müddətində dəyərli hərbi vərdişlərə yiyələndiklərini qeyd edib, qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirəcəklərinə söz verib.
Sonra şəxsi heyət Silahlı Qüvvələrin Baş Qərargahının binasında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, eləcə də xidməti otaqlarda yaradılan şərait və Mərkəzi Komanda Məntəqəsi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31

