/ / Pekində Asiya regionunda qarşılıqlı etimad və dialoq ruhunun bərqərar olması yolları araşdırılıb
Pekində Asiya regionunda qarşılıqlı etimad və dialoq ruhunun bərqərar olması yolları araşdırılıb
30.06.2017 [10:00]
Dünya, o cümlədən Asiya bu gün həm yeni çağırışlar, həm də yeni təhdidlər və təhlükələrlə üz-üzədir. Belə bir şəraitdə Çin Xalq Respublikası dayanıqlı təhlükəsizlik və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, regional iqtisadi inkişafa öz töhfəsini verməyə çalışır. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri konfransının iyunun 28-də Pekində keçirilən növbəti forumunun əsas məqsədi Asiya ölkələri arasında əməkdaşlıq yollarının, təhlükəsizliyin möhkəmləndirilməsi imkanlarının axtarışı və müzakirəsinə həsr edilmişdi. 1992-ci ildə yaradılmış konfransın 25 illiyi münasibətilə təşkil olunmuş forum “Asiyada təhlükəsizlik və inkişaf naminə” adlanırdı.
Asiyanın bir sıra dövlətlərindən sabiq hökumət başçılarının, diplomatların, media qurumlarının, KİV nümayəndələrinin iştirak etdikləri forum Çin Xalq Respublikasının sədri Si Cinpinin təbriki ilə açılıb.
Çin lideri regionun qarşılaşdığı problemlərin həllində, inkişafa nail olunmasında konfransın və növbəti forumun əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.
Forumun açılış mərasimində və plenar iclasda səslənən çıxışlarda dünya əhalisinin təxminən yarısının yaşadığı Asiyada qarşılıqlı etimad və dialoq ruhunun bərqərar olmasının əhəmiyyəti vurğulanıb. Həmçinin beynəlxalq terrorçuluq və ekstremizm, separatçılıq, iqtisadi çalxalanma və digər böhranlarla birgə mübarizənin önəmindən danışılıb. Eyni zamanda, Koreya yarımadasında artan gərginliyə, regionda davam edən qanlı münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Çıxış edənlər müzakirəyə çıxarılan məsələlərlə bağlı toplanmış təcrübəni, şəxsi mülahizələrini bölüşüblər.
Sonra müzakirələr təhlükəsizliklə bağlı aktual problemləri və müasir dövrün çağırışlarını əhatə edən səkkiz “dəyirmi masa”da davam etdirilib.
AZƏRTAC-ın buraxılış üzrə baş redaktoru Elman Qədirovun Asiyada təhlükəsizliyin təmin olunmasında KİV-in roluna həsr edilmiş “dəyirmi masa”da “Rəqəmsal uçurum və şəbəkə təhlükəsizliyi” mövzusunda çıxışı dinlənilib. O, Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən tədbirləri, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində əldə olunan əsaslı irəliləyişləri diqqətə çatdırıb.
AZƏRTAC-ın fəaliyyətindən söhbət açan baş redaktor qeyd edib ki, onun təmsil etdiyi agentlik dünyanın və Asiya regionunun aparıcı media qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir. Hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, həmçinin Asiyanın bir çox xəbər agentliklərini özündə birləşdirən OANA-ya sədrlik edən AZƏRTAC üzv agentliklərin qurumun saytında fəallığının artırılması istiqamətində ardıcıl iş aparır. “Dəyirmi masa” iştirakçıları arasında OANA-ya üzv agentliklərin nümayəndələrinin çoxluq təşkil etdiyini nəzərə alan E.Qədirov onları təmasları möhkəmləndirməyə, qurumun fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.
AZƏRTAC-ın baş mühəndisi Fuad Qədilli isə “İnternet təhlükəsizliyi: imkanlar və problemlər” adlı “dəyirmi masa”da “Rəqəmsal təhlükəsizlik” mövzusunda çıxış edib. O, kiber hücumların vurduğu zərərdən danışıb, iştirakçıları AZƏRTAC-ın internet resurslarında təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

