/ / Dünyanın aparıcı media orqanları Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlə bağlı məqalələr yayımlayıblar
Dünyanın aparıcı media orqanları Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlə bağlı məqalələr yayımlayıblar
08.07.2017 [13:01]
Ayrı-ayrı xarici KİV-lər işğalçı ölkənin 2 yaşlı körpəni qətlə yetirməsini ermənilərin vandalizmi kimi dəyərləndiriblər
Xəbər verildiyi kimi, işğalçı Ermənistan ordusunun son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində iki dinc sakin - 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva (Quliyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutan Ermənistan silahlı qüvvələri beynəlxalq konvensiyaların tələblərini pozaraq atəşkəs dövründə dinc sakinlərə qarşı qətliam törədiblər. Dinc sakinlərin qətlə yetirilməsi beynəlxalq ictimaiyyət tərəfindən də ciddi narahatlıqla və etirazla qarşılanıb, dünyanın aparıcı media orqanlarında bu barədə məqalələr işıq üzü görüb. Belə ki, “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları, eləcə də ayrı-ayrı ölkələrin xəbər saytları, agentlikləri 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi xəbərini dərc ediblər. Media qurumları hadisəni obyektiv işıqlandıraraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.
Vurğulanmalıdır ki, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin, Baş Prokurorluğun Ermənistan ordusunun növbəti cinayətkar əməli barədə rəsmi bəyanatları Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Beynəlxalq İslam Xəbərlər Agentliyi (İİNA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər təşkilatlar vasitəsilə də yayılıb. Öz növbəsində yuxarıda adı çəkilən nüfuzlu media qurumları ilə yanaşı “Reuters”, “France Press” informasiya agentlikləri də Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi faktını həmin rəsmi məlumatlar əsasında işıqlandırıblar.
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri ağır cinayətlərlə bağlı geniş məlumatlar yaymaqda davam edir. Ermənilər tərəfindən qətlə yetirilmiş Sahibə Allahverdiyeva (Quliyeva) və onun 2 yaşlı qız nəvəsi Zəhra Quliyevanın həlak olması barədə informasiyalar sosial şəbəkələrdə də sürətlə paylaşılır. Anadolu Agentliyi, “Sabah” və “Hürriyyət” qəzetlərində, televiziya kanallarında və digər xəbər portallarında dinc sakinlərin amansızlıqla qətlə yetirilməsi, mülki obyektlərin dağıdılmasına dair informasiyaların əksəriyyəti “İşğalçı Ermənistan uşaq qatilidir” ifadələri ilə təqdim olunub.
İranın İRNA, Livanın NNA xəbər agentlikləri baş vermiş qətllə bağlı xəbərlər yayıblar. NNA agentliyinin “Erməni vandalizmi: işğalçılar Azərbaycanın iki mülki vətəndaşını öldürüb” başlıqlı yazısında qeyd edilir ki, Azərbaycan ilə Ermənistan arasında 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, azərbaycanlı mülki əhali, eləcə də uşaqlar hələ də erməni vandalizminin qurbanı olurlar.
Eləcə də Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazıb. Belə ki, Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Romania TV” televiziyası, Bolqarıstanın “Fokus” xəbər agentliyi və nüfuzlu “Standard” qəzeti, Xorvatiyanın “HİNA” milli xəbər agentliyi və digər qəzetlər hadisə ilə bağlı ətraflı məlumatlar yayıblar.
Almaniyanın “Nachrichtenexpress”, “Eurasinews” saytları da Ermənistan ordusunun növbəti dəfə atəşkəsi pozduğu və mülki azərbaycanlı əhaliyə qarşı silah işlədildiyini yazıb.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət aktı Misir KİV-lərində də geniş yayılıb. Bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyi, Asiyaelyoum Xəbərlər Agentliyi, “Youm7”, “Masralarabia”, “Shabab Əl-Nil” qəzetləri 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı xəbəri və ölkəmizin Misirdəki səfirliyinin bəyanatını geniş şəkildə işıqlandırıblar.
Qeyd olunmalıdır ki, həmçinin qonşu ölkə Gürcüstanın xəbər saytları, Özbəkistanın ziyouz.uz və tnews.uz portalları Alxanlı kəndində ermənilərin törətdiyi faciə ilə bağlı məqalə yayıblar. Məqalələrdə dinc əhalinin o cümlədən iki yaşlı uşağın qətlə yetirilməsinin heç bir etik qaydalara sığmadığı öz əksini tapıb.
Yeri gəlmişkən, Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iki dinc sakinin öldürülməsi, bir nəfərin yaralanması ilə bağlı dolğun məlumat almaq və hadisə yerinə baxış keçirmək məqsədilə Füzuli rayonuna səfər ediblər. Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “Interfax”, “BBC” və digər xarici KİV əməkdaşları, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edib. Səfər iştirakçılarına baş verənlərlə bağlı təfərrüatlı məlumat verilib.
Göründüyü kimi, dünyanın aparıcı KİV-ləri Ermənistanın işğalçı və terrorçu siyasətini pisləyir, heç bir müharibə qanunlarına sığmayan körpə qətlini yolverilməz sayır. Aparıcı media orqanları Ermənistan rəhbərliyinin bu məsələdə məsuliyyət daşıdığını, yürütdüyü işğalçılıq siyasətinin davam etdirməsi nəticəsində bu cür ağır qətliamların baş verdiyini vurğulayırlar. Məqalələrdə işğalçı ölkənin BMT TŞ-nin Dağlıq Qarabağ və ətrafındakı rayonları qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrə riayət etmədiyi, beynəlxalq konvensiyaları tapdaladığı da öz əksini tapır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

