Milli Məclisin sədri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
15.09.2017 [10:16]
Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr həmməruzəçilərin AŞPA-nın növbəti sessiyasından əvvəl ölkəmizə səfər etmələrini yüksək qiymətləndirib. Oqtay Əsədov qeyd edib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır. Spiker sənəd üzərində iş zamanı göstərdikləri obyektivliyə görə qonaqlara təşəkkürünü bildirib. Qeyd edilib ki, sənəddə müsbət məqamlarla yanaşı, sual doğuran bəzi məsələlər də öz əksini tapıb. Azərbaycan tərəfi həmməruzəçiləri maraqlandıran sualları birgə müzakirə etməyə hazırdır.
Milli Məclisin sədri deyib ki, adətən AŞPA kimi təşkilatlarda Azərbaycan haqqında müsbət fikir səslənəndə ermənipərəst qüvvələr fəallaşaraq öz riyakar planlarını işə salmağa cəhd edirlər. Növbəti sessiya öncəsi onlar hazırladıqları press-relizi müxtəlif ünvanlara göndərərək, Azərbaycanı ləkələməyə, ölkəmiz haqqında mənfi rəy yaratmağa növbəti dəfə səy göstərirlər. Biz buna artıq adi hal kimi baxırıq.
Söhbət zamanı belə bir fikir də vurğulanıb ki, Azərbaycan bütün istiqamətlərdə AŞPA ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycan hakimiyyəti öz daxili və xarici siyasətini milli və dövlətçilik maraqlarına uyğun formalaşdırır. Biz təşkilatda bəzi ölkələrə qarşı göstərilən sərt mövqedən narahatıq. Belə hesab edirik ki, mübahisə doğuran məsələlər danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Biz gələcəkdə də AŞPA ilə əməkdaşlığımızı daha da dərinləşdirmək əzmindəyik.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərlərindən və burada keçirdiyi görüşlərdən razı qaldıqlarını söyləyib. Qonaq qeyd edib ki, ilk dəfədir sessiyaya bir həftə qalmış ölkə üzrə hazırlanmış hesabatı müzakirə etmək üçün həmin dövlətin nümayəndələri ilə görüş üçün belə bir səfər baş tutur. “Biz hesab edirik ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə hazırladığı məruzədə öz əksini tapan məsələlər barədə yerində müzakirələr aparmaq ümumi işin xeyrinə olardı”, - deyə o qeyd edib.
Görüşdə qonaqları maraqlandıran suallara və qaldırılan məsələlərə aydınlıq gətirilib, bir sıra məqamlara Azərbaycan tərəfinin mövqeyi bildirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

