Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyasının seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir
09.02.2018 [10:13]
“Bu gün Azərbaycanın ən yeni siyasi tarixində çox mühüm bir hadisə baş verdi. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə öz namizədini irəli sürdü. Bu, YAP-ın Sədri, Prezident İlham Əliyevdir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, hakim partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və xalqın irəli sürdüyü namizəddir. Çünki YAP ümumxalq partiyasıdır və partiyanın namizədi 700 mindən çox olan partiya üzvlərinin namizədidir. Onun sözlərinə görə, bu, əslində, Azərbaycan xalqı deməkdir.
“Bilirsiniz ki, YAP-ın Sədri, cənab Prezident İlham Əliyev bəyan edib ki, “mənim həyata keçirdiyim siyasətin mərkəzində Azərbaycan vətəndaşının, xalqının rifahı dayanır”. Doğrudan da, nəzər yetirsək, görərik ki, cənab Prezident hakimiyyətdə olduğu illər ərzində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” siyasi fəlsəfəsinə sadiq olaraq hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib. Hər şeydən öncə Azərbaycanda ictimai-siyasi sabitliyi yaradıb, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Hələ üstəlik onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Azərbaycanın regionları inkişaf edib, dövlətimiz region, dünya ölkələri içərisində çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq cənab Prezident Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Sadalayacağımız çoxsaylı bu kimi uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın irəli sürdüyü namizəd, cənab İlham Əliyev olacaq”, - deyə H.Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20

