Azərbaycan-İran əlaqələri bir çox sahələri əhatə edir
24.02.2018 [09:00]
Birinci vitse-prezident Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd edib. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən Birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Son beş il ərzində dövlət başçılarının 10 görüşünün keçirilməsini ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti bu görüşlərin əməkdaşlığımızın möhkəmlənməsi işinə öz töhfəsini verdiyini deyib və qeyd edib ki, əlaqələrimiz bir çox sahələri, o cümlədən iqtisadiyyat, nəqliyyat və əlbəttə, çox mühüm olan mədəniyyət sahələrini əhatə edir. Birinci vitse-prezident Mehriban Əliyeva keçən il İranda Azərbaycan mədəniyyət günlərinin, həmçinin 2017-ci ildə ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərginin uğurla keçirilməsinin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Birinci vitse-prezident İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın Bakıda İran kinosu günlərinin keçirilməsi ilə əlaqədar ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümid etdiyini bildirib.
Ötən il Azərbaycan Respublikasının İranda mədəniyyət günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran kinosu günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirib. O qeyd edib ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə bu il Naxçıvanın İslam mədəniyyəti, öz növbəsində, Təbrizin İslam turizmi paytaxtları elan olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

