Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?
09.09.2009 [09:27]
Türkiyənin “Yeni Şəfəq” qəzeti diplomatik mənbələrə istinadən ATƏT-in nümayəndə heyətinin sentyabrın ikinci yarısında Laçın dəhlizinə səfər edəcəyi ilə bağlı məlumat yayıb. Missiya Laçın dəhlizində ölçmə işləri aparacaq və səfərin nəticəsi haqqında hesabat hazırlayaraq ATƏT-in Minsk qrupuna təqdim edəcək.
Məsələyə münasibət bildirən Azərbaycan XİN-in sözçüsü Elxan Poluxov ATƏT missiyasının Laçın dəhlizində ölçmə işləri aparmasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tərkib hissəsi adlandırıb. Bir neçə gün öncə İsveçdə keçirilən Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin toplantısında isə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu Laçın dəhlizindən keçib Türkiyəyə qədər uzanacaq yolu sülh və əməkdaşlıq yolu adlandırıb. Təbii ki, prosesin bu qədər dərinləşdiyi dövrdə səslənən hər bir fikir tənzimlənmə prosesinin tərkib hissəsi kimi dəyərləndirilir. Bununla belə, məsələnin mahiyyətini daha da dəqiqləşdirmək üçün ekspertlərə üz tutduq.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə aparılan danışıqlar prosesində hansısa məqamın dəyişdirilməsini və ya təkmilləşdirilməsini mümkün saydı. Bu baxımdan da, Azərbaycanda daha çox məsələdə ciddi irəliləyiş olduqda cəmiyyətə həmin informasiyanı yaymağa üstünlük verirlər: “Göründüyü kimi, bu, düzgün metoddur, cəmiyyətdə hər hansı anlaşılmazlıq yaratmır. Azərbaycana dost olan bir ölkənin mediasında verilən bu xəbər də vətəndaşlarımızın diqqətini cəlb etdi. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələyə reaksiya verdi və məsələnin danışıqlar prosesinin tərkib hissəsi olduğunu bildirdi. Bu gün danışıqlarda mərhələli həll prinsipi əsas götürülürsə, əvvəl beş, sonra iki rayonun boşaldılması nəzərdə tutulursa, əlbəttə ki, Azərbaycan digər addımlar da atar. Bu addımlar - Dağlıq Qarabağda yaşayan erməni icmasına muxtariyyətin vəd edilməsi, həmin icmanın Ermənistan ilə əlaqələr yaratması üçün dəhlizin verilməsi də gündəlikdə olan məsələdir. Sülhlə bağlı tam razılıq əldə olunacağı təqdirdə Laçın dəhlizi vasitəsilə Azərbaycanın icazəsi əsasında Ermənistanın Dağlıq Qarabağda yaşayan erməni icması ilə əlaqə saxlamasına zəmanət verilə bilər. Bu dəhliz Azərbaycan ərazisidir və orada Azərbaycan qanunları işləyəcək, bölgə Azərbaycanın yurisdiksiyası içərisində olacaq. Orada müəyyən texniki hazırlıqların aparılması danışıqların yüksək səviyyədə getdiyini və ümumən Azərbaycanın maraqlarına cavab verdiyini göstərir. Həmin dəhliz heç vaxt Azərbaycanın ərazisindən çıxarılmayacaq”.
A.Mirzəzadə Əhməd Davudoğlunun fikrini deyim olaraq düzgün adlandırdı. Millət vəkili bu addımın sülh prosesində vacib rol oynadığını və Azərbaycanın sülhpərvər siyasət həyata keçirdiyini bildirdi: “Təklif ümumən konfliktin aradan qaldırılmasına xidmət edir. Məsələyə baxışda Ermənistan ilə Azərbaycanın mövqeləri arasında fərqlilik mövcuddur. Ermənistan Laçın dəhlizinin, ümumiyyətlə, Azərbaycanın yurisdiksiyasından kənarda olmasını istəyir. Amma bunlar olmayacaq”.
Politoloq Elman Nəsirli son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində intensivliyin diqqəti cəlb etdiyini dilə gətirdi. Onun sözlərinə görə, oktyabr ayının əvvəlində keçiriləcək MDB dövlət başçılarının sammitində ciddi bir addımın atılacağı haqda məlumatlar yayılır. Bu barədə istər Rusiya, istərsə də Ermənistan KİV-ində kifayət qədər informasiyaların yayıldığını söyləyən politoloq belə mövqelərin formalaşmasına səbəb kimi son zamanlar Türkiyə ilə Ermənistan arasında müəyyən protokolun imzalanacağı ilə bağlı iddiaları göstərdi: “Hətta sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması ilə bağlı addımların atılacağı haqda xəbərlər yayılır. Bu kontekstdə, sülh prosesinin fonunda Türkiyə mətbuatı Laçın dəhlizinin, xüsusilə, eninin hesablanması istiqamətində ATƏT missiyasının işə başlayacağını yazıb. Təbii ki, bu məqam özlüyündə çoxsaylı suallar yaradır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Laçın dəhlizi Dağlıq Qarabağla Ermənistanı birləşdirən quru dəhlizidir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bu dəhlizlə bağlı müzakirənin meydana çıxması mütləqdir. Cənab Prezident də öz çıxışlarında dəfələrlə bildirib ki, biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Digər tərəfdən, Azərbaycan öz sülhpərvər missiyasını nümayiş etdirərək bildirmişdir ki, Dağlıq Qarabağla Ermənistan arasında quru dəhlizin olmasının əleyhinə deyil. Təbii ki, burada bir neçə nüans da yer alır. Bu yoldan narkotik ticarəti, silahlandırma məqsədilə istifadə edilməməlidir. Belə olan təqdirdə ATƏT həmin dəhlizin göstəricilərini, parametrlərini öyrənmək istəyir”.
Davudoğlunun açıqlamasına gəldikdə isə, E.Nəsirli təklifin əsas məqsədini belə izah etdi: “Məqsəd Laçın dəhlizindən keçib Ermənistana daxil olmaq, oradan Naxçıvana keçmək, sonra isə Türkiyənin Ədirnə vilayətinə keçməklə Avropaya çıxışın təmin edilməsidir. Buna isə sülh yolu adı verilib. Məqsəd Türkiyə ilə Ermənistan münasibətlərinin inkişafı fonunda bu layihənin həyata keçirilməsidir. Amma bu layihənin həyata keçirilməsi Ermənistanı nə qədər xilas etsə də, Dağlıq Qarabağ problemi həll olunmadan bu haqda düşünmək belə mümkün deyil. Davudoğlunun təklifini Ermənistan KİV-i də işıqlandırır və bunun Ermənistanın milli mənafeyinə uyğun olduğunu bildirirlər. Onlar zəhmət çəkib Dağlıq Qarabağı işğaldan azad etsinlər və bu təqdirdə onların iqtisadi vəziyyəti də yaxşılaşacaq. Bütün bunlar hamısı bir daha təsdiq edir ki, Ermənistan ilə Türkiyə arasında gedən prosesdə Azərbaycanla bağlı məsələlər də yer alır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, onsuz da Türkiyə ilə yaranan münasibətlərdə uzağagedən bir perspektiv vəd edilə bilməz. Türkiyə də bunu dərk edir və proseslə bağlı Azərbaycan hakimiyyətini mütəmadi məlumatlandırır. Baş nazir Ərdoğanın Azərbaycan Prezidenti ilə intensiv telefon danışıqları olur, digər tərəfdən, bir müddət öncə Türkiyənin xarici işlər nazirinin Ermənistan ilə danışıqlar aparan iki müavini Bakıya gəlmişdi. Bu, onu təsdiqləyir ki, Türkiyə ilə Ermənistanın yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə paralel gedir”.
Politoloq Elşad Mirbəşiroğlu ATƏT-in missiyasının monitorinq xarakterli araşdırma apardığını bildirdi. Onun sözlərinə görə, məsələyə ilkin münasibət tərəflərin razılaşmaya çox yaxın olmasından ibarətdir: “Belə deyək, 2008-2009-cu illərdə danışıqlar görünməmiş intensivliyi ilə seçilib. İstər prezidentlər, istərsə də xarici işlər nazirləri səviyyəsində tərəflərin keçirdikləri görüşlər razılaşmanın yaxın tarixdə mümkünlüyünü önə çəkir. Laçın dəhlizinin ölçülməsi məsələsi də bütün dediklərimizi təsdiqləyir”.
O ki qaldı Laçın dəhlizinin açılması məsələsinə, politoloq bunun da mümkün olduğunu söylədi: “Burada qəbahətli bir hal yoxdur. Hələ 1994-cü ildə ümummilli lider Heydər Əliyev bildirmişdir ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında hansısa bir kommunikasiya xəttinin olması mümkündür. Amma bu dəhliz Azərbaycanın nəzarətində olmalıdır. Bu təbiidir. Əks təqdirdə erməni icması məsələsində razılaşmada çətinliklər meydana çıxacaq. Fikrimcə, bu ondan xəbər verir ki, tərəflər yaxın zamanlarda münaqişənin həlli istiqamətində razılaşma əldə edə bilərlər. Təbii ki, bu, o demək deyil ki, Laçın dəhlizi yalnız Ermənistanın, özü də daimi istifadəsində olacaq. Bu ərazi Azərbaycanındır və ölkəmizin qanunları altındadır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

