/ / Hikmət Babaoğlu: Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib
Hikmət Babaoğlu: Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib
22.03.2018 [09:41]
Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib. Bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil. Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də seçki ilində siyasi dəyərlərimizin və mədəniyyətimizin hədəfə alınması, ictimai nüfuz sahiblərinin, mühüm dövlət məmurlarının gözdən salınması, onların fikirlərinin təhrif edilməsi təsadüfi deyil.
Millət vəkili deyib ki, xaricdə yaşayan və anti-azərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkəmizdə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyirlər. Bu isə milli maraqlarımıza ziddir: “Elə bu günlərdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Ə.Həsənov da bu məsələni diqqətə çəkərək bir qrup insanın xaricdə milli maraqlarımıza zidd hərəkət etdiyini və bunun planlı şəkildə həyata keçirildiyini söyləmişdi. Görünür, hədəfi düzgün göstərdiyinə görə Ə.Həsənovun obyektiv və milli maraqlarımız baxımından tamamilə haqlı olan fikirlərini elə həmin xaricdəki “ideoloji təxribat” qrupu manipulyasiya etməyə başladı. Məsələ xaricdə yaşayan bütün azərbaycanlıların mənafeyinə zidd kimi təqdim olundu.
Məqsəd isə kütləvi narazılıq yaratmaq cəhdi idi. Ancaq həqiqət bu idi ki, Ə.Həsənov sadəcə bir qrup anti-azərbaycançı ünsürlərdən danışmışdı. Əlbəttə, Azərbaycandan kənarda yaşayan çoxsaylı vətənpərvər və intellektual azərbaycanlılar həqiqətin nə olduğunu dəqiq bilirlər. Ona görə də islamofob marginalların qaralama kampaniyasına əsla inanmırlar. Nəticədə bu marginallar özlərini bir daha ifşa etməklə kimə xidmət etdiklərini göstərmiş oldular və yenidən ictimai qınaq obyektinə çevrildilər”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

