Prezident İlham Əliyev: Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
01.05.2018 [09:19]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 59-cu kitabı çapdan çıxıb
Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcəkdir.
Ancaq deyə bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meyilləri qeyd edir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.
AZƏRTAC xəbər verir ki, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxan 59-cu kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 3-də 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olarkən söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 59-cu kitabındakı materiallar 2013-cü ilin sentyabr və oktyabr aylarını əhatə edir.
Bu kitab dövlətimizin başçısının cənub bölgəsinin gəncləri ilə görüşünə dair informasiya və Lənkəranda Gənclər Mərkəzinin açılışında çıxışının mətni ilə başlayır.
Nəşrin bu cildində 2013-cü ildə üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindəki nitqi, həmçinin dövlətimizin başçısının xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşlərinə dair informasiyalar, nitq və çıxışlarının mətnləri, məktubları yer alıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Böyük Britaniya, Fransa, Pakistan, habelə ATƏT və digər beynəlxalq qurumların Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini, Avropa Milli Kitabxanaları Konfransının prezidentini və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etməsinə dair materiallar, “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsinin X iclasının iştirakçılarına müraciəti, habelə dövlətimizin başçısının MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfəri barədə informasiya toplanıb.
Eyni zamanda, çoxcildliyin 59-cu cildinə Prezident İlham Əliyevin Yevlax, Bərdə, Şəmkir, Gədəbəy, Quba və Şabran rayonlarına, Naftalan və Sumqayıt şəhərlərinə səfərləri çərçivəsində mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların, digər sosial obyektlərin açılışında iştirakı, bölgə ictimaiyyətinin nümayəndələri ilə görüşləri haqqında informasiyalar, Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqləri də daxil edilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 59-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

