Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həmsədrlər görüşdən razı qaldıqlarını bildiriblər...

Həmsədrlər görüşdən razı qaldıqlarını bildiriblər...

07.10.2009 [10:16]

Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bratke (ABŞ) Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvləri ilə görüşüblər. Yuri Merzlyakov bildirib ki, görüşün məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirə aparmaq, problemin həlli ilə bağlı azərbaycanlı icmanın fikrini öyrənməkdir. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov icma üzvlərinin fikrini ifadə edərək deyib ki, Qarabağda mehriban qonşuluq prinsipi əsasında yaşamaq mümkündür. Lakin bundan ötrü vaxtilə oradakı yurd-yuvasından didərgin düşmüş azərbaycanlılar doğma ocaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icmanın üzvlərinə birgə yaşayıb fəaliyyət göstərmək üçün bərabərhüquqlu şərait yaradılmalıdır. İdarə heyətinin üzvləri - Milli Məclisin deputatları Həvva Məmədova, Rövşən Rzayev, AMEA-nın vitse-prezidenti Vaqif Fərzəliyev, akademik Cəlal Allahverdiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şuşa mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov və başqaları da öz mövqelərini ifadə ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın məcburi köçkünlərin Dağlıq Qarabağın statusu müəyyənləşdirildikdən sonra geriyə qayıda biləcəyi barədə sərsəm bəyanatına natiqlərin münasibəti yekdil olub: Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, hər iki icmanın üzvlərinə bərabər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. İcma üzvləri xüsusi vurğulayıblar ki, Qarabağsız Azərbaycan yoxdur. İşğal olunmuş yeddi rayonun qaytarılması belə azərbaycanlılar Dağlıq Qarabağa dönməyincə elə bir əhəmiyyət kəsb etmir. Başlıca şərt məcburi köçkünlərin Dağlıq Qarabağdakı doğma ocaqlarına qayıdıb məskunlaşmasıdır. Həmsədrlər görüşdən razı qaldıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30